Parkda tanış olmaq istədiyi qıza təpik vuran oğlana HÖKM OXUNDU

Paytaxtın Səbail rayonu ərazisində küçədə gənc qıza qarşı xuliqanlıq əməli törətmiş oğlan saxlanılıb. 

Bizim.Media "qafqazinfo.az"a istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində baş verib. Polisə şikayət edən qız tanımadığı şəxsin onu izlədiyini və küçədə yaxınlaşaraq əl-qol hərəkətləri etdiyini, onu öpməyə çalışdığını bildirib. 

Müraciətdən bir neçə gün sonra polis əməkdaşları həmin şəxsin yerini müəyyən edərək onu saxlayıblar. Məlum olub ki, bu, Ağcabədi rayonunun kəndlərindən birinin sakini 1995-ci il təvəllüdlü F.Kərimovdur (şərti). 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. 

Məhkəmədə şikayətçi qız da iştirak edib. O, polis bölməsində verdiyi ifadəni təsdiq edib: 

"Həmin gün saat 20 radələrində bacımla Badamdardakı parkda idik. Bizim oturduğumuz skamyaya bir nəfər əyləşərək mənimlə tanış olmaq istədiyini bildirdi. Dəfələrlə ona tanış olmaq istəmədiyimi dedim. Evə doğru gedəndə yaşadığım küçənin yaxınlığında bir daha ona rədd cavabı verdim. O isə əl-qol ataraq məni öpməyə cəhd etdi. Mənim ayağıma təpik vuraraq uzaqlaşmaq istəyəndə polisə şikayət edəcəyimi söylədim. Telefonumu əlimdən alaraq sındıracağını dedi. Mən isə jurnalist olduğumu söylədim. O, sistem işçisi olduğunu bildirərək telefonumu qaytardı". 

Saxlanılan şəxs isə gənc qızın dediklərinin hamısının yalan olduğunu bildirib: 

"Mən sadəcə ona yaxınlaşaraq tanış olmaq istəmişəm". 

Səbail Rayon Məhkəməsinin qərarı ilə F.Kərimova 10 sutka inzibati həbs cəzası verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan Türkiyə konstitusiyasını dəyişməyə çağırdı

Ərdoğan Türkiyə konstitusiyasını dəyişməyə çağırdı

İtaliya klubu “Sabah”ın legioneri ilə maraqlanır

İtaliya klubu “Sabah”ın legioneri ilə maraqlanır

Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

Ramzan Kadırovun anası Kanadanın sanksiya siyahısına düşdü - FOTO

Ramzan Kadırovun anası Kanadanın sanksiya siyahısına düşdü - FOTO

İran Prezidenti: Hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır

İran Prezidenti: Hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır

Kaya Kallas: Putin hər zamankından daha zəif mövqedədir

Kaya Kallas: Putin hər zamankından daha zəif mövqedədir

Tramp İrana görə kürdlərdən "çox məyus olduğunu" bildirdi

Tramp İrana görə kürdlərdən "çox məyus olduğunu" bildirdi

Leninin yaxın qohumu vəfat etdi

Leninin yaxın qohumu vəfat etdi

Goranboyda mübahisə bıçaqlanma ilə nəticələndi

Goranboyda mübahisə bıçaqlanma ilə nəticələndi

Myanmada 11 000 karatlıq yaqut tapıldı - FOTO

Myanmada 11 000 karatlıq yaqut tapıldı - FOTO

Canlı yayımda söyüş söyən 3 gənc həbs edildi

Canlı yayımda söyüş söyən 3 gənc həbs edildi

Messi "Barselona"nı çempionluq münasibətilə təbrik etdi

Messi "Barselona"nı çempionluq münasibətilə təbrik etdi

İrandakı müharibə Trampın Si Cinpinlə görüşündə əsas mövzu olacaq

İrandakı müharibə Trampın Si Cinpinlə görüşündə əsas mövzu olacaq

Polşalı sabiq nazir Macarıstandan ABŞ-a qaçdı

Polşalı sabiq nazir Macarıstandan ABŞ-a qaçdı

Şimali Koreya Rusiya-Ukrayna müharibəsindən milyardlar qazanıb

Şimali Koreya Rusiya-Ukrayna müharibəsindən milyardlar qazanıb

Lukaşenko ordunu quru əməliyyata hazırlaşmağa çağırdı - VİDEO

Lukaşenko ordunu quru əməliyyata hazırlaşmağa çağırdı - VİDEO

Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - FOTO

Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - FOTO

“Avroviziya” şərhçilərimiz onlar olacaq

“Avroviziya” şərhçilərimiz onlar olacaq

Zakir Həsənov Slovakiyada həmkarı ilə hərbi ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ ETDİ - FOTO

Zakir Həsənov Slovakiyada həmkarı ilə hərbi ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ ETDİ - FOTO

20 günün əsgəri vəfat etdi

20 günün əsgəri vəfat etdi

Mayami polisləri Ben Afflek və Mett Deymonu məhkəməyə verdi

Mayami polisləri Ben Afflek və Mett Deymonu məhkəməyə verdi

Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir

Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Rusiyalı veteran Zelenski və Paşinyana görə "Kiyevə zərbə endirməyə" çağırdı - VİDEO

Rusiyalı veteran Zelenski və Paşinyana görə "Kiyevə zərbə endirməyə" çağırdı - VİDEO

End of content

No more pages to load

RADİO