Qumar oyunları təşkil edənlərin milyonluq əmlakları əllərindən alındı

Qanunsuz sahibkarlıq və qumar oyunlarının təşkilini həyata keçirən şəxslərin yüngül cəzalandırıldığı hökm ləğv edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar çıxarıb.

İttihamın mahiyyəti ondan ibarətdir ki, təqsirləndirilən şəxslər - Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov Bakı və Xırdalan şəhərlərində idman mərc oyunları kimi fəaliyyət göstərdikləri ünvanlarda qumarxana təşkil ediblər.

Oyuna qoşulmaq üçün isə vətəndaşın evdən çıxmasına ehtiyac yoxdur. Vatsap mobil tətbiqi vasitəsilə əlaqə saxlamaqla xarici mərc saytlarında oyuna qoşulmaq mümkün olub. Mühakimə edilən dəstə üzvləri bu əməlləri ilə qanunsuz sahibkarlıq və qumar oyunlarının təşkilini həyata keçiriblər. Onlar bu əməlləri ilə dövlətə 2 milyondan çox ziyan vurublar.

Cinayət işi əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, təqsirləndirilən şəxslərə qanunsuz sahibkarlıq maddəsi ilə verilmiş ittiham əsassız hesab edilib. Nüslətə şərti, digərlərinə isə 2 il 6 aydan 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə, dəymiş ziyanın əvəzi olaraq müttəhimlərə aid 1 milyon manatdan artıq qiymətləndirilən əmlaklar üzərindəki həbs qərarı ləğv edilib.

Hökmdən verilmiş protesti Apellyasiya Məhkəməsi əsaslı hesab edib. Prokuror təqsirləndirilən şəxslərə törətdikləri cinayətlərə münasibətdə yüngül cəza verildiyini hakim qarşısında bəyan edib.

Qərara əsasən, əvvəlki instansiyanın hökmü ittiham tərəfinin xeyrinə ləğv edilib. Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonuncu məhkəmə zalında həbs edilib. Həmçinin dövlətə dəymiş ziyanın əvəzi olaraq üzərinə həbs qoyulmuş 1 milyon 324 min manatlıq əmlaklar müsadirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan Türkiyə konstitusiyasını dəyişməyə çağırdı

Ərdoğan Türkiyə konstitusiyasını dəyişməyə çağırdı

İtaliya klubu “Sabah”ın legioneri ilə maraqlanır

İtaliya klubu “Sabah”ın legioneri ilə maraqlanır

Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

Ramzan Kadırovun anası Kanadanın sanksiya siyahısına düşdü - FOTO

Ramzan Kadırovun anası Kanadanın sanksiya siyahısına düşdü - FOTO

İran Prezidenti: Hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır

İran Prezidenti: Hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır

Kaya Kallas: Putin hər zamankından daha zəif mövqedədir

Kaya Kallas: Putin hər zamankından daha zəif mövqedədir

Tramp İrana görə kürdlərdən "çox məyus olduğunu" bildirdi

Tramp İrana görə kürdlərdən "çox məyus olduğunu" bildirdi

Leninin yaxın qohumu vəfat etdi

Leninin yaxın qohumu vəfat etdi

Goranboyda mübahisə bıçaqlanma ilə nəticələndi

Goranboyda mübahisə bıçaqlanma ilə nəticələndi

Myanmada 11 000 karatlıq yaqut tapıldı - FOTO

Myanmada 11 000 karatlıq yaqut tapıldı - FOTO

Canlı yayımda söyüş söyən 3 gənc həbs edildi

Canlı yayımda söyüş söyən 3 gənc həbs edildi

Messi "Barselona"nı çempionluq münasibətilə təbrik etdi

Messi "Barselona"nı çempionluq münasibətilə təbrik etdi

İrandakı müharibə Trampın Si Cinpinlə görüşündə əsas mövzu olacaq

İrandakı müharibə Trampın Si Cinpinlə görüşündə əsas mövzu olacaq

Polşalı sabiq nazir Macarıstandan ABŞ-a qaçdı

Polşalı sabiq nazir Macarıstandan ABŞ-a qaçdı

Şimali Koreya Rusiya-Ukrayna müharibəsindən milyardlar qazanıb

Şimali Koreya Rusiya-Ukrayna müharibəsindən milyardlar qazanıb

Lukaşenko ordunu quru əməliyyata hazırlaşmağa çağırdı - VİDEO

Lukaşenko ordunu quru əməliyyata hazırlaşmağa çağırdı - VİDEO

Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - FOTO

Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - FOTO

“Avroviziya” şərhçilərimiz onlar olacaq

“Avroviziya” şərhçilərimiz onlar olacaq

Zakir Həsənov Slovakiyada həmkarı ilə hərbi ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ ETDİ - FOTO

Zakir Həsənov Slovakiyada həmkarı ilə hərbi ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ ETDİ - FOTO

20 günün əsgəri vəfat etdi

20 günün əsgəri vəfat etdi

Mayami polisləri Ben Afflek və Mett Deymonu məhkəməyə verdi

Mayami polisləri Ben Afflek və Mett Deymonu məhkəməyə verdi

Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir

Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Rusiyalı veteran Zelenski və Paşinyana görə "Kiyevə zərbə endirməyə" çağırdı - VİDEO

Rusiyalı veteran Zelenski və Paşinyana görə "Kiyevə zərbə endirməyə" çağırdı - VİDEO

End of content

No more pages to load

RADİO