Aydın Əliyevin keçmiş gəlinindən ağır ittihamlar - “Üzümə “kislota” tökəcəyini deyir”

Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Aydın Əliyevin keçmiş gəlini ailə ilə bağlı ağır ittihamlar səsləndirib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Aydın Əliyevin oğlu Orxan Əliyevin keçmiş həyat yoldaşı Rada Musayeva Gununsesi.info-ya bildirib ki, övladının atası ondan aliment tələb edir.

Onun iddiasına əsasən, həyat yoldaşı olmuş Orxanla ayrıldıqdan sonra ilk övladını onun əlindən alıb:

“Uşağı dünyaya gət
irəndən təxminən 1 ay sonra əlimdən aldılar. Şantajlar, hədələr, qorxular məni susmağa vadar etdi. Biz Litvada yaşayırdıq. Sonrakı müddət ərzində barışmışdıq. Birgə olduğumuz dövrdə Orxan mənimlə birgə yaşasa da, uşağı dayədə saxladırdı. Biz barışandan sonra ikinci övladımız dünyaya gəldi. Sonradan yenə də Orxanla yollarımız ayrıldı. İndi isə məlum olub ki, Yasamal Rayon Məhkəməsi vasitəsilə məndən aliment tələb edilib və məhkəmə bunu qəbul edib. Atasının nüfuzu, əlaqələri vasitəsilə Yasamal Rayon İcra şöbəsi apellyasiya şikayəti verməyimə belə möhlət qoymadı. Halbuki apellyasiyanın qərarından sonra hökm qanuni qüvvəyə minir. Necə ola bilər ki, Yasamal Məhkəməsi qərar verir, ardınca Rasim adlı icraçı mənə hədə formasında zəng edərək 7200 manat gətirməyimi tələb edir. Üstəlik, mənə 500 manat da cərimə yazılıb. Mən hara gedirəmsə, Aydın Əliyevin adı çəkilir. Uşağımı əlimdən alıblar, evimə buraxmırlar, üstəlik də aliment tələb edirlər. Mən ədliyyə nazirindən xahiş edirəm ki, Yasamal icra şöbəsinin bu qanunsuz hərəkətlərini araşdırsın”.

R. Musayeva əlavə edib ki, ikinci övladı 8 yaşına çatsa da, O. Əliyev ona heç bir maddi dəstək göstərməyib: “Uşağın adına mənzil alınıb, amma mən bu gün kirayədə yaşayıram. Təsəvvür edin ki, bu vəziyyətdə ölkədəki mövqelərindən istifadə edib məndən pul tələb edirlər. Bu nə dərəcədə qanunauyğundur? Övladına sahib çıxmayan ata onu böyüdən ananı hər cür formada əzir. Bu hökmü çıxaran hakim sual vermədi ki, axı sənin digər övladını da bu qadın böyüdür, sən ondan necə pul tələb edə bilərsən?! İkinci övladımı çətinliklə böyüdürəm. Qeyd edim ki, məndən ayrılandan sonra ailə həyatı da qurmuşdu. Lakin ikinci evliliyi də uzun çəkmədi. Sonra mənimlə barışmışdı.

Bacım Aydın Əliyevə zəng edib oğlundan şikayət etmişdi. Təəssüf ki, bu adam oğluna haqq qazandırdı. Yəni sözün bitdiyi yerdəyik. Hər yerdə tanışları var. Zənglər edirlər, pul verirlər. İndi qorxuram ki, ikinci övladımı da əlimdən alsınlar. Aidiyyəti qurumlardan xahiş edirəm ki, məni bu vəziyyətdən çıxarsınlar.

Orxan Əliyev hər gün məni təhdid, şantaj edir. Kiçik övladım mənimlə yaşayır, amma onun adına olan mənzilə girə bilmirəm. Qapının açarlarını dəyişib. Hədə-qorxu gəlir ki, evə getsən, özündən küs. Mənə deyir ki, üzünə “kislota” tökəcəyəm. Açığı, mən çox qorxuram. Sabah başıma bir hadisə gələrsə, bunu Orxan təşkil edəcək. Həyatıma görə çox narahatam”.

Sayt məsələ ilə bağlı Orxan Əliyevin mövqeyini öyrənməyə çalışsa da, buna nail ola bilməyib.

Qeyd edək ki, Aydın Əliyev 2006-2018-ci illərdə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Edmond Marukyan tamamilə ağlını itirib

Edmond Marukyan tamamilə ağlını itirib

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

SON DƏQİQƏ: Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

SON DƏQİQƏ: Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

ABŞ kursu dəyişir: Kiyevə daha az yardım, Moskva ilə daha çox təmas

ABŞ kursu dəyişir: Kiyevə daha az yardım, Moskva ilə daha çox təmas

Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs TUTULDU

Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs TUTULDU

Bakıda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - VİDEO

Bakıda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - VİDEO

Ukrayna artıq Almaniyadan raket almayacaq

Ukrayna artıq Almaniyadan raket almayacaq

Xankəndi diplomatiya mərkəzinə çevrilir

Xankəndi diplomatiya mərkəzinə çevrilir

Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək - FOTO

Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək - FOTO

Malayziya Kralı Moskvadan limuzinlə qayıtdı

Malayziya Kralı Moskvadan limuzinlə qayıtdı

Hindistan Rusiyanın sanksiyaya düşən qazından imtina etdi

Hindistan Rusiyanın sanksiyaya düşən qazından imtina etdi

Kanye Uestin həyat yoldaşının “çılpaq” obrazı sosial şəbəkələri qarışdırdı

Kanye Uestin həyat yoldaşının “çılpaq” obrazı sosial şəbəkələri qarışdırdı

O, Trampa qarşı sui-qəsd ittihamını rədd etdi

O, Trampa qarşı sui-qəsd ittihamını rədd etdi

“Xankəndi” və “Qaradağ Lökbatan” qələbə qazandı

“Xankəndi” və “Qaradağ Lökbatan” qələbə qazandı

Ərdoğan Türkiyə konstitusiyasını dəyişməyə çağırdı

Ərdoğan Türkiyə konstitusiyasını dəyişməyə çağırdı

İtaliya klubu “Sabah”ın legioneri ilə maraqlanır

İtaliya klubu “Sabah”ın legioneri ilə maraqlanır

Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

Ramzan Kadırovun anası Kanadanın sanksiya siyahısına düşdü - FOTO

Ramzan Kadırovun anası Kanadanın sanksiya siyahısına düşdü - FOTO

İran Prezidenti: Hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır

İran Prezidenti: Hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır

Kaya Kallas: Putin hər zamankından daha zəif mövqedədir

Kaya Kallas: Putin hər zamankından daha zəif mövqedədir

Tramp İrana görə kürdlərdən "çox məyus olduğunu" bildirdi

Tramp İrana görə kürdlərdən "çox məyus olduğunu" bildirdi

End of content

No more pages to load

RADİO