Toy etmək istəyənlər üçün VACİB XƏBƏR

Sentyabr ayının gəlişi toy sektorunda canlanma səbəbi ilə, bir sıra məhsulların, xüsusilə, ətin qiymətinin yüksəlməsi ilə bağlı fikirlərin meydana çıxmasına səbəb olub. Yay aylarında ət və ət məhsullarının qiymətində artım müşahidə olunduğunu nəzərə alsaq, qiymətlərin yenidən artımı ilə bağlı iddialar əhali arasında narahatlıqla qarşılanıb.

Bizim.Media xəbər verir ki, məsələni "Yeni Sabah"a şərh edən iqtisadçı Xalid Kərimli toy mövsümünün qiymətlərə təsir etməyəcəyini bildirib:

"Ətin qiyməti onsuz da qalxıb. Həm mal, həm də qoyun ətinin qiymətinin yay sezonunda artması müşahidə olundu. Güman etmirəm ki, sentyabr ayında toy sezonunun başlaması ilə əlaqədar ətin qiymətində yenidən artım olmasını məhz bu səbəbdən müşahidə edək. Zatən, iyul-avqust ayları ətə tələbatın yüksək olduğu bir dönəm idi. İnsanlar bu ərəfədə istirahətə yollanır, məzuniyyətə çıxır, müxtəlif bölgələrə üz tuturdular. Bu səbəbdən, ətin, xüsusilə, xırdabuynuzlu heyvanların ətinin istehlakı artmışdı. İstehlakın ən yüksək dövrləri iyun-avqust ayları olub".

İqtisadçı idxalla bağlı məqamların qiymətlərə daha çox təsir göstərdiyini vurğulayıb:

"Sentyabr ayında toy sezonunun başlamasının ətə olan tələbatı iyun-avqust aylarındakı tələbatdan daha çox edəcəyini düşünmürəm. Amma ümumi şəkildə desək, mal ətinin bir ara ucuzlaşdığını gördük. Səbəb idxalla bağlı idi. Rusiyadan idxal olunan məhsullar var idi. Bu da qiymətin düşməsinə öz təsirini göstərdi. Lakin hazırda mal ətində yenidən bahalaşma var.

Qarşıdakı dövrdə idxaldan asılı olan məqamlar ortaya çıxa bilər. İdxal olunan məhsulların həcminin artıb-azalması qiymətlərə təsir göstərə bilər. Ancaq qiymətlərin qalxmasına toy sezonunun səbəb olacağını gözləmirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Edmond Marukyan tamamilə ağlını itirib

Edmond Marukyan tamamilə ağlını itirib

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

SON DƏQİQƏ: Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

SON DƏQİQƏ: Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

ABŞ kursu dəyişir: Kiyevə daha az yardım, Moskva ilə daha çox təmas

ABŞ kursu dəyişir: Kiyevə daha az yardım, Moskva ilə daha çox təmas

Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs TUTULDU

Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs TUTULDU

Bakıda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - VİDEO

Bakıda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - VİDEO

Ukrayna artıq Almaniyadan raket almayacaq

Ukrayna artıq Almaniyadan raket almayacaq

Xankəndi diplomatiya mərkəzinə çevrilir

Xankəndi diplomatiya mərkəzinə çevrilir

Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək - FOTO

Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək - FOTO

Malayziya Kralı Moskvadan limuzinlə qayıtdı

Malayziya Kralı Moskvadan limuzinlə qayıtdı

Hindistan Rusiyanın sanksiyaya düşən qazından imtina etdi

Hindistan Rusiyanın sanksiyaya düşən qazından imtina etdi

Kanye Uestin həyat yoldaşının “çılpaq” obrazı sosial şəbəkələri qarışdırdı

Kanye Uestin həyat yoldaşının “çılpaq” obrazı sosial şəbəkələri qarışdırdı

O, Trampa qarşı sui-qəsd ittihamını rədd etdi

O, Trampa qarşı sui-qəsd ittihamını rədd etdi

“Xankəndi” və “Qaradağ Lökbatan” qələbə qazandı

“Xankəndi” və “Qaradağ Lökbatan” qələbə qazandı

Ərdoğan Türkiyə konstitusiyasını dəyişməyə çağırdı

Ərdoğan Türkiyə konstitusiyasını dəyişməyə çağırdı

İtaliya klubu “Sabah”ın legioneri ilə maraqlanır

İtaliya klubu “Sabah”ın legioneri ilə maraqlanır

Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

Ramzan Kadırovun anası Kanadanın sanksiya siyahısına düşdü - FOTO

Ramzan Kadırovun anası Kanadanın sanksiya siyahısına düşdü - FOTO

İran Prezidenti: Hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır

İran Prezidenti: Hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır

Kaya Kallas: Putin hər zamankından daha zəif mövqedədir

Kaya Kallas: Putin hər zamankından daha zəif mövqedədir

Tramp İrana görə kürdlərdən "çox məyus olduğunu" bildirdi

Tramp İrana görə kürdlərdən "çox məyus olduğunu" bildirdi

End of content

No more pages to load

RADİO