Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 600-ə qədər şəxs müraciət edib.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
Onun sözlərinə görə, Azərbaycanda ümumilikdə 4 min dializ xəstəsi var:
"Onların böyrək transplantasiyasına ehtiyacı var. Ölkəmizdə ilk olaraq böyrək, sümük iliyi transplantasiyası üzrə tələbat var".
Bizim.Media