Bu gün start götürülən “Xarıbülbül” festivalından maraqlı görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə Silahlı Qüvvələrin orkestri Şuşa şəhəri boyunca addımlayaraq “Mehtər” marşını ifa ediblər. Ansambl Şuşa şəhərinin küçələrindən keçərək qürurla festivalın keçirildiyi Cıdır düzünə tərəf irəliləyib.
Ansamblı Azərbaycan Yol Patrul xidməti müşayiət edib.
Bizim.Media