İyul ayının 20-dən təmirə dayanan Bakı-Quba-Rusiya sərhədi yolunun 181-ci km-də təmirə dayanan Qusarçay körpüsündə bərpa işləri başa çatıb və artıq yol təkrar sürücülərin istifadəsinə verilib.
Quba 6 saylı yol-istismar idarəsinin baş mühəndisi Rövşən Babayevin Bizim.Media-ya verdiyi məlumata görə, bu müddət ərzində nəqliyyat vasitələri üçün iki dəfə müvəqqəti çəkilən alternativ yolu sel suları yuyub aparmışdı.
Artıq bütün maneələr aradan qaldırılıb. Həm Rusiya sərhədi, Xudat, həm də əks istiqamətə hərəkət adi qaydaya düşüb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu