Nərminin ölümü yenidən araşdırılacaq - Baş prokuror göstəriş verdi - FOTO

Ailədaxili zorakılığın və həkim səhlənkarlığının qurbanı olduğu iddia olunan Nərmin Mustafayevanın ölümü ilə bağlı xitam verilmiş cinayət işinin istintaqı yenilənib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev göstəriş verib. 

Nərminin atası Rafiq Mustafayev nümayəndəsi-hüquq müdafiəçisi Samir Zeynalovla birgə Baş prokurorla Şəkidə keçirilən qəbulda görüşüb.

Valideyn məlumat verib ki, əri tərəfindən şiddətə məruz qalan 20 yaşlı qızı 2023-cü ilin mayın 27-də bədənin müxtəlif nahiyələrindəki ağrılar-dəqiqləşdirilməmiş qızdırma səbəbi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Valideynin iddiasına əsasən, həkimlər gərəkli diqqət göstərmədiyi üçün 3 gün sonra orada vəfat edib.  

R.Mustafayevin sözlərinə görə, qızı müayinə üçün zəruri tibbi avadanlıqların olmaması və gecikən müalicə nəticəsində vəfat edib. İş üzrə 3 dəfə ekspertiza təşkil olunub. Hər 3 ekspert rəyində həkimlərin səhlənkarlığı qeyd olunsa da, istintaq orqanı rəylər arasında ziddiyyəti əsas gətirərək təkrar ekspertiza keçirilməsini zəruri sayıb. Həmin ekspertizada ölümə hər hansı xəsarətin səbəb olmadığı qeyd olunub. Eyni zamanda Nərminin bədənində olan xəsarətlərin həyat yoldaşı tərəfindən yetirilməsi araşdırılmayıb. Həmçinin ata qızının yeni ailəsi tərəfindən həkimlərə təsir göstərildiyindən də şübhələnir. 

Hadisədən sonra Balakən Rayon Prokurorluğunda həkimlərlə bağlı Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Lakin həmin cinayət işinə mayın 30-da xitam verilib. Xitam qərarı işdə cinayət tərkibinin olmaması ilə əsaslandırılıb. 

Ailə isə bununla razılaşmır, qızlarının ölümünə düzgün hüquqi qiymət verilmədiyini düşünürlər. Onlar bu fikirlərini respublika prokuroruna da deyiblər. 

Baş prokuror valideyni dinləyib, şikayətin təkrar dərindən araşdırılması ilə bağlı prokurorlara göstəriş verib. 

Qeyd edək ki, Nərmin ölümündən 2 il əvvəl ailə qurmuşdu. Onun 1 övladı yadigar qalıb. Bu hadisə ilə bağlı dəfələrlə televiziya verilişlərində müzakirə gedib. Həm Nərminin əri, həm atası açıqlamalar verib. 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

Kəmaləddin Heydərov yanğın baş verən ərazidə - VİDEO

Kəmaləddin Heydərov yanğın baş verən ərazidə - VİDEO

Dünya interneti İranın nəzarətinə keçir

Dünya interneti İranın nəzarətinə keçir

Mütləq bəxti gətirəcək 3 bürc

Mütləq bəxti gətirəcək 3 bürc

Lökbatanda yanğının söndürülməsinə helikopterlər cəlb olundu – VİDEO

Lökbatanda yanğının söndürülməsinə helikopterlər cəlb olundu – VİDEO

Səhər saatlarında Sabirabadda dəhşətli qəza: Ölən və yaralananlar var - FOTO-VİDEO

Səhər saatlarında Sabirabadda dəhşətli qəza: Ölən və yaralananlar var - FOTO-VİDEO

ÜST: 42 günlük karantin elan edilsin

ÜST: 42 günlük karantin elan edilsin

Tramp: "Vens və Rubio prezidentliyə ən güclü namizədlərdir" - VİDEO

Tramp: "Vens və Rubio prezidentliyə ən güclü namizədlərdir" - VİDEO

Lökbatanda güclü yanğın – VİDEO

Lökbatanda güclü yanğın – VİDEO

Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb

Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb

Slava Poluninin "Sarı Dəyirman"ı: Xoşbəxtlik qoruğu - FOTO

Slava Poluninin "Sarı Dəyirman"ı: Xoşbəxtlik qoruğu - FOTO

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

5 ölkə "Eurovision"u boykot etdi

5 ölkə "Eurovision"u boykot etdi

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Həkimləri qorxudan yeni trend

Həkimləri qorxudan yeni trend

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

“Məni istəməyəni bağışlaya bilmirəm”

“Məni istəməyəni bağışlaya bilmirəm”

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

End of content

No more pages to load

RADİO