Bakıda Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media-nın məlumatına görə, Biləcəri qəsəbəsində 1973-cü il təvəllüdlü Hacıyev Məhəmmədəli İsgəndər oğlu tanışı ilə mübahisə zəminində bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Məlumata görə, bıçaqlanan şəxs I qrup əlildir. Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media