Tovuzda saxlanılan vəkillər barəsində qərar verildi

Xəbər verdiyimiz kimi, Tovuz Rayon Vəkil Bürosunda antikorrupsiya əməliyyatı keçirilib. Büronun rəhbəri və vəkillər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq və Vəkillər Kollegiyası birgə məlumat yayıb.

Bildirilir ki, Tovuz rayon Vəkil Bürosunun müdiri Abdullayev Rəşad Tapdıq oğlu və həmin qurumun vəkili Əliyev Süleyman Hüseynqulu oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə Rəşad Abdullayevin 2023-2024-cü illər ərzində ayrı-ayrı hallarda birbaşa və Süleyman Əliyevlə qabaqcadan əlbir olmaqla məhkəmənin icraatında olan müxtəlif cinayət və mülki işlər üzrə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanında olmasını vətəndaşlara bildirməklə müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaiti tələb etməsinə və almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Abdullayev və Süleyman Əliyev Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Həmçinin, Vəkillər Kollegiyası tərəfindən həmin şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılır.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

Kəmaləddin Heydərov yanğın baş verən ərazidə - VİDEO

Kəmaləddin Heydərov yanğın baş verən ərazidə - VİDEO

Dünya interneti İranın nəzarətinə keçir

Dünya interneti İranın nəzarətinə keçir

Mütləq bəxti gətirəcək 3 bürc

Mütləq bəxti gətirəcək 3 bürc

Lökbatanda yanğının söndürülməsinə helikopterlər cəlb olundu – VİDEO

Lökbatanda yanğının söndürülməsinə helikopterlər cəlb olundu – VİDEO

Səhər saatlarında Sabirabadda dəhşətli qəza: Ölən və yaralananlar var - FOTO-VİDEO

Səhər saatlarında Sabirabadda dəhşətli qəza: Ölən və yaralananlar var - FOTO-VİDEO

ÜST: 42 günlük karantin elan edilsin

ÜST: 42 günlük karantin elan edilsin

Tramp: "Vens və Rubio prezidentliyə ən güclü namizədlərdir" - VİDEO

Tramp: "Vens və Rubio prezidentliyə ən güclü namizədlərdir" - VİDEO

Lökbatanda güclü yanğın – VİDEO

Lökbatanda güclü yanğın – VİDEO

Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb

Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb

Slava Poluninin "Sarı Dəyirman"ı: Xoşbəxtlik qoruğu - FOTO

Slava Poluninin "Sarı Dəyirman"ı: Xoşbəxtlik qoruğu - FOTO

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

5 ölkə "Eurovision"u boykot etdi

5 ölkə "Eurovision"u boykot etdi

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Həkimləri qorxudan yeni trend

Həkimləri qorxudan yeni trend

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

“Məni istəməyəni bağışlaya bilmirəm”

“Məni istəməyəni bağışlaya bilmirəm”

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

End of content

No more pages to load

RADİO