Goranboy rayonunda (Bakı-Qazax avtomobil yolunun 317-ci kilometrliyi) “Hyundai” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda 30 m² sahədə kol-kos və 30 ədəd ağac yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media