FHN-in "112" telefon qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində 5 mərtəbəli yataqxana binasında yanğın olması barədə məlumat daxil olub.
Bizim.Media FHN-ə istinadən xəbər verir ki, yanğından mühafizə bölmələri dərhal əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində mənzildə baş verdiyi müəyyən edilib.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bizim.Media