Adına milyonluq şirkət var, özünün xəbəri yoxdur... - Bir süpürgəçinin HƏYAT HEKAYƏSİ

“Mənim təmizlik apardığım ərazidə bir market vardı. Adətən oradan alış-veriş edirdim. Marketin sahibi arada çağırıb marketdə təmizlik işləri gördürür, əvəzində mənə 5-10 manat pul verirdi. Bir dəfə də məni çağırıb dedi ki, “baxıram imkansız adamsan. Sənə yardım eləmək istəyirəm. Amma bunun üçün bəzi sənədlərə qol çəkməlisən”. Razılaşdım. Ertəsi gün məni avtomobilinə mindirib bir idarəyə apardı. Orada bəzi sənədlərə imza atdım. Sonda mənə 300 manat pul verdi”. 

Bunu Bizim.Media-ya Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyində süpürgəçi kimi çalışan, adının açıqlanmasını istəməyən qadın deyib.

O bildirib ki, evdə olanda telefonuna mesaj gəlib:

“Başım çıxmadığı üçün qızıma göstərdim. Məlum oldu ki, vergi idarəsindən gəlib. Mat qaldım ki, mənim vergi idarəsi ilə nə işim?! Birdən yadıma 300 manat düşdü. Səhərisi gün qızımla vergi idarəsinə getdim. Məlum oldu ki, adıma şirkət açılıb. Şirkətin yaradılma tarixini deyəndə bildim ki, qol çəkdiyim sənədlər bunun üçün imiş. Sonradan da dəqiqləşdirdim ki, qol çəkməyə getdiyim yer də notarial kontoru imiş. Çox böyük söz-söhbətdən sonra adıma olan şirkət ləğv olundu”.

Bu son zamanlar “şirkət sahibi” olan insanlardan birinin qısa həyat hekayəsidir. 

Amma belə hallarla rastlaşan çox sayda insanlar var. Onlar bilərəkdən və yaxud bilməyərəkdən kimlərinsə toruna düşürlər. Şirnikləndirici vasitələrə inanaraq adlarına şirkətlərin açılmasına razılıq verir, sonradan isə heç nədən xəbərləri olmadıqlarını bildirirlər. 

Belə hallar necə baş verir?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən hüquqşünas Şaiq Mirzəyev bildirib ki, vətəndaşın xəbəri olmadan adına hansısa şirkətin açılması mümkünsüzdür:

“Çünki hüquqi şəxs yaratmağın bəlli hüquqi prodseduru var. Bunun üçün maraqlı tərəf kiminsə etibarından sui-istifadə edərək onun adından rəsmi etibarnamə alır. Etibarnamə olduqdan sonra isə istənilən əməliyyatı həyata keçirmək mümkündür. Bəzən olur ki, sadə vətəndaş inanaraq “Asan İmza”sını və vergi sertifikatını kiməsə verir. Hər şey də bundan sonra baş verir”.

Müsahibimiz vurğulayıb ki, heç bir halda yaxından tanımadığı adama etibarnamə və yaxud “Asan İmza” verilməməlidir:

“Lap bu böyük həcmdə pul müqabilində olsa belə. Çünki çox vaxt vətəndaş aldadılmır, pul qarşılığında bu işə razılıq verir. Yalnız xüsusi hallarda vətəndaşın etibarından sui-istifadə edilir. Amma təcrübə göstərir ki, bu hallar çox azdır. Vətəndaşlar adətən 400-500 manat qarşılığında “şirkət təsisçisi” olmağa razılıq verirlər”.

Bəs, özümüzü belə xoşagəlməz hallardan necə sığortalamalıyıq?

“Təsadüfi adamlara etibarnamə və “Asan imza” vermək olmaz. Bundan əlavə telefonumuza gələn bütün mesajları diqqətlə oxuyub təhlil etməliyik. Müvafiq qurumlardan daxil olan xəbərdarlıq edici mesajlar oxunmadan silinməsi hallarına tez-tez rast gəlinir. Sonradan da həlli müşkülə çevrilən problemlərlə üz-üzə qalırıq. Ona görə də təkcə aldanmamaq üçün yox, həm də digər xoşagəlməz hallardan sığortalanmaq üçün gələn mesajları oxumalıyıq”, - deyə Şaiq Mirzəyev qeyd edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müəllimini şam yeməyinə apardı – VİDEO

Müəllimini şam yeməyinə apardı – VİDEO

Azərbaycanda son günlər əhali arasında yayılan virusların adı AÇIQLANDI

Azərbaycanda son günlər əhali arasında yayılan virusların adı AÇIQLANDI

Xocavəndə növbəti köç karvanı yola salındı

Xocavəndə növbəti köç karvanı yola salındı

İnsan alveri ilə bağlı 2 qrup ZƏRƏRSİZLƏŞDİRİLİB – Həbs olunanlar var

İnsan alveri ilə bağlı 2 qrup ZƏRƏRSİZLƏŞDİRİLİB Həbs olunanlar var

“Zelenskinin narkotik istifadə etdiyini heç vaxt görməmişəm” - Keçmiş mətbuat katibi

“Zelenskinin narkotik istifadə etdiyini heç vaxt görməmişəm” - Keçmiş mətbuat katibi

9-cu ANİMAFİLM Festivalı başlayır

9-cu ANİMAFİLM Festivalı başlayır

Sumqayıtda uşaq bağçasında təhlükəli anlar - Mərmiyə bənzər əşya AŞKARLANDI

Sumqayıtda uşaq bağçasında təhlükəli anlar - Mərmiyə bənzər əşya AŞKARLANDI

Azərbaycan nefti daşıyan ilk tanker Yaponiyaya çatdı

Azərbaycan nefti daşıyan ilk tanker Yaponiyaya çatdı

İnsan alveri qurbanlarının reabilitasiyasına ayrılan vəsaitin məbləği AÇIQLANDI

İnsan alveri qurbanlarının reabilitasiyasına ayrılan vəsaitin məbləği AÇIQLANDI

Rusiya Azərbaycanı iki əsas iqtisadi foruma DƏVƏT ETDİ

Rusiya Azərbaycanı iki əsas iqtisadi foruma DƏVƏT ETDİ

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı ƏMƏLİYYAT – 108 nəfər tutuldu

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı ƏMƏLİYYAT – 108 nəfər tutuldu

Ukrayna üç ildən sonra ilk dəfə cəbhədə təşəbbüsü ələ alır

Ukrayna üç ildən sonra ilk dəfə cəbhədə təşəbbüsü ələ alır

"Avroviziya" İsrailə görə qaydaları SƏRTLƏŞDİRİR

"Avroviziya" İsrailə görə qaydaları SƏRTLƏŞDİRİR

Dünyada ən az müsəlmanın yaşadığı ölkələrin SİYAHISI – FOTO

Dünyada ən az müsəlmanın yaşadığı ölkələrin SİYAHISI – FOTO

Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı – VİDEO

Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı – VİDEO

İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul etdi – FOTO

İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul etdi – FOTO

Lökbatanda yanğın baş verən anbardan YENİ FOTOLAR

Lökbatanda yanğın baş verən anbardan YENİ FOTOLAR

DYP-dən piyadalara MÜRACİƏT

DYP-dən piyadalara MÜRACİƏT

Azərbaycan bu göstəriciyə görə dünyada İLK ONLUQDADIR

Azərbaycan bu göstəriciyə görə dünyada İLK ONLUQDADIR

Pedro Almodovar ABŞ-ı “totalitar rejim” adlandırdı

Pedro Almodovar ABŞ-ı “totalitar rejim” adlandırdı

Tovuzda ağır QƏZA: 4 nəfər xəsarət aldı

Tovuzda ağır QƏZA: 4 nəfər xəsarət aldı

WUF13-də iştirak edəcək BMT rəsmilərinin ADLARI

WUF13-də iştirak edəcək BMT rəsmilərinin ADLARI

Zaur ilk dəfə verilişinin bağlanmasından danışdı -Video

Zaur ilk dəfə verilişinin bağlanmasından danışdı -Video

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdilər

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdilər

End of content

No more pages to load

RADİO