Azərbaycandakı dini konfessiya rəhbərlərinin Məşvərət Şurası yaradıldı

Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanda fəaliyyətdə olan dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının təsis yığıncağı keçirilib.

Bu barədə Bizim.Media-ya İdarədən bildirilib.

Məlumata görə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin iştirak etdiyi yığıncağın gündəliyinə Məşvərət Şurasının təsis edilməsi; Məşvərət Şurasının üzvlərinin təsdiqi və Sədrinin seçilməsi; Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurasının Əsasnaməsinin təsdiq edilməsi məsələləri daxil idi.

Təsis yığıncağının iştirakçılarına Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə müraciət edərək bildirib ki, Azərbaycandakı multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərə göstərilən diqqət, qabaqcıl və müasir beynəlxalq standartlara cavab verən din-dövlət münasibətləri ölkəmizdə mövcud olan dini konfessiyaların aralarındakı əlaqələrin xarakterinə də ciddi təsir edib.

Belə ki, bu konfessiyaların qurumları və rəhbərləri uzun illərdir ki, öz aralarında işgüzar və səmimi münasibətlər yaradaraq bütövlükdə ölkəmiz üçün, dini ictimaiyyətimiz üçün əhəmiyyət kəsb edən taleyüklü məsələlərin həllində birgə fəaliyyət göstərir, əksər hallarda eyni, yaxud oxşar mövqe nümayiş etdirirlər. Təcrübə göstərir ki, bu cür fəaliyyəti konfessiyalarımızda birləşən dindarlar da ürəkdən bəyənir və dəstəkləyirlər. Bizim fikrimizcə, belə əməkdaşlığımızın müəyyən təşkilati format çərçivəsində davam etdirilməsi daha səmərəli nəticə verə bilərdi.

Biz belə hesab edirik ki, birgə fəaliyyətimizin daha mütəşəkkil və daha dayanıqlı davam etdirilməsi və daha səmərəli nəticələr əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası adlı qurumun təsis edilməsi yerinə düşərdi.

Çıxış edən dini konfessiya rəhbərləri də Məşvərət Şurasının yaradılmasının dinlərarası və din-dövlət münasibətlərinin təkmilləşdirilməsində vacib rol oynaya biləcəyini qeyd ediblər. Yığıncaq yekdilliklə qərara alıb ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası yaradılsın.

A.Paşazadə məlumat verdi ki, təsis yığıncağında iştirak edən şəxslər ölkəmizdəki əsas dini konfessiyaların rəhbərləridir və onların öz konfessiyalarını ölkə səviyyəsində etibarnaməsiz təmsil etmək hüquqları var. Həmin şəxslərin Məşvərət Şurasına üzv seçilmələri mövcud praktikaya və Məşvərət Şurasının hazırlanmış əsasnamə layihəsinin göstərişlərinə zidd olmazdı.

Müzakirə və çıxışlardan sonra A.Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini, müfti Salman Musayev Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının üzvləri kimi təsdiq ediliblər.

Müəyyən edildi ki, Məşvərət Şurasının tərkibi açıqdır və Məşvərət Şurasının Əsasnaməsini qəbul edən Azərbaycanda fəaliyyət göstərən digər konfessiyaların da müəyyən edilmiş qaydada həmin Məşvərət Şurasına daxil olmaq üçün müraciətlərinə baxıla bilər.

Yekdilliklə qərar qəbul edildi ki, Məşvərət Şurasının sədri vəzifəsinə A.Paşazadə seçilsin. Onun məlumatı dinlənilib və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının Əsasnaməsinin layihəsi təkliflər nəzərə alınmaqla təsdiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

"Məlhəm Hospital"da YANĞIN OLDU

"Məlhəm Hospital"da YANĞIN OLDU

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı — VİDEO

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı — VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Bütün zamanların ən yaxşı 20 filmi

Bütün zamanların ən yaxşı 20 filmi

Sabah Xətaidə QAZ OLMAYACAQ

Sabah Xətaidə QAZ OLMAYACAQ

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Trampın qalmaqallı fotosu silindi

Trampın qalmaqallı fotosu silindi

"Barselona" azlıqda qalan rəqibini məyus etdi - VİDEO

"Barselona" azlıqda qalan rəqibini məyus etdi - VİDEO

Naxçıvanlı atlet Prezident kubokunu qazandı - FOTO

Naxçıvanlı atlet Prezident kubokunu qazandı - FOTO

FIFA-da korrupsiya qalmaqalı: Sabiq baş katibin BAŞI BƏLADA

FIFA-da korrupsiya qalmaqalı: Sabiq baş katibin BAŞI BƏLADA

Bakıdakı sürücülərin nəzərinə!

Bakıdakı sürücülərin nəzərinə!

Azərbaycanı Zəfər zirvəsinə yüksəldən lider - FOTO

Azərbaycanı Zəfər zirvəsinə yüksəldən lider - FOTO

End of content

No more pages to load

RADİO