Həmkarlar İttifaqları Konfederasiyasının yeni sədri Sahib Məmmədov KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib.

Bizim.Media Sahib Əli oğlu Məmmədovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Sahib Məmmədov Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçildi


Sahib Məmmədov 1978-ci ildə anadan olub.

O, 2000-ci ildə Kiyev Dövlət Universitetinin "Beynəlxalq hüquq" fakültəsini bitirərək bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib.

2001-2007-ci illərdə BMT-nin Proqramların və layihələrin idarəolunmasının əsasları (Azərbaycan), Asiya İnkişaf Bankının İnvestisiyalar (Laos), UNİDO-nun "Qida məhsullarının qablaşdırılması və onun davamlılığının izlənməsi" (Türkiyə), Avropa İttifaqı Tasis layihəsi çərçivəsində "Regional iqtisadi inkişafın dəstəklənməsi" üzrə kursları (İrlandiya) bitirib.

2022-ci ildə Harvard Biznes Məktəbinin “Menecerlər üçün iqtisadiyyat” Sertifikat Proqramını bitirib.

Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında (ECO) Avropa İttifaqı TACIS layihəsi üzrə ekspert köməkçisi kimi başlayıb.

2002-ci ildə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin icrası üzrə Azərbaycanda Avropa İttifaqı TACİS layihəsində ekspert işləyib.

2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində "Europe House", BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində informasiya üzrə məsul şəxs vəzifələrində işləyib.
 

2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.


Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə", 2018-ci ildə "Tərəqqi" medalları ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO

93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO

İti avtomobilə bağlayaraq sürüyən sürücü TUTULDU - VİDEO

İti avtomobilə bağlayaraq sürüyən sürücü TUTULDU - VİDEO

Ardıcıl 5 gün iş olmayacaq

Ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Hantavirus Ukraynaya çatdı – Ölənlər var

Hantavirus Ukraynaya çatdı – Ölənlər var

Azərbaycanda orta illik inflyasiya AÇIQLANDI

Azərbaycanda orta illik inflyasiya AÇIQLANDI

İşğalı əbədiləşdirmək PLANI - Minsk qrupunun gizli missiyası necə İFLASA UĞRADI?

İşğalı əbədiləşdirmək PLANI - Minsk qrupunun gizli missiyası necə İFLASA UĞRADI?

Lökbatandakı yanğında "Birmarket"ə məxsus anbara zərər dəyib

Lökbatandakı yanğında "Birmarket"ə məxsus anbara zərər dəyib

Bakıda 50-yə yaxın ünvandakı 177 eskalator yenilənəcək

Bakıda 50-yə yaxın ünvandakı 177 eskalator yenilənəcək

Azərbaycanda partiyanın vəzifəli şəxsi VƏFAT ETDİ - FOTO

Azərbaycanda partiyanın vəzifəli şəxsi VƏFAT ETDİ - FOTO

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının III mərhələsinin qalibi BƏLLİ OLDU - FOTO

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının III mərhələsinin qalibi BƏLLİ OLDU - FOTO

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb

Qubanın üç kəndinin adının dəyişdirilməsinə Siyavuş Novruzovdan REAKSİYA

Qubanın üç kəndinin adının dəyişdirilməsinə Siyavuş Novruzovdan REAKSİYA

Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir –SİYAHI

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir –SİYAHI

Azərbaycanda orta aylıq əməkhaqqı 1 100 manatı ÖTDÜ – RƏSMİ

Azərbaycanda orta aylıq əməkhaqqı 1 100 manatı ÖTDÜ – RƏSMİ

Lökbatanda yanan anbarın kimə məxsus olduğu açıqlandı - RƏSMİ

Lökbatanda yanan anbarın kimə məxsus olduğu açıqlandı - RƏSMİ

Parlament İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını QƏBUL ETDİ

Parlament İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını QƏBUL ETDİ

Nikah bağlamaq üçün bəyin İtaliyada villa almasını istədi – VİDEO

Nikah bağlamaq üçün bəyin İtaliyada villa almasını istədi – VİDEO

Əli Əsədovdan qaz sərfiyyatı ilə bağlı YENİ QƏRAR

Əli Əsədovdan qaz sərfiyyatı ilə bağlı YENİ QƏRAR

Sergey Brinin sevgilisi: “Onu idarə edə bilsəydim, çoxdan evli və uşaq sahibi olardım”

Sergey Brinin sevgilisi: “Onu idarə edə bilsəydim, çoxdan evli və uşaq sahibi olardım”

Fazil Mustafa: “Həmin uşaqlara da dövlət sahib çıxmalıdır”

Fazil Mustafa: “Həmin uşaqlara da dövlət sahib çıxmalıdır”

Bu futbolçu “Neftçi”dən GEDƏCƏK

Bu futbolçu “Neftçi”dən GEDƏCƏK

Müəllimini şam yeməyinə apardı – VİDEO

Müəllimini şam yeməyinə apardı – VİDEO

End of content

No more pages to load

RADİO