“İlk dəfə qəbul aparılan Qarabağ Universitetinin plan yerləri 98.57% dolub. Qarabağ Universitetinə 1103 nəfər qəbul olunub”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə bu gün keçirilən brifinqdə deyib.
“Qəbul olunan abituriyentlərin hamısı ən yüksək nəticə göstərən şəxslər oldular.
Qarabağa Azərbaycanın hər bir guşəsindən ən yüksək nəticə göstərən abituriyentlər qəbul olublar. Lakin onların böyük əksəriyyəti Bakı sakinləridir” - deyə, DİM sədri bildirib.
Nuranə Daxilqızı, Bizim.Media