Laçında Şəhəri Gününün açılış mərasimi keçirilir - FOTO

Avqustun 26-da Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Laçın şəhərində Bayraq meydanında Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi keçirilir.

Bizim.Media xəbər verir ki, əvvəlcə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov açılış nitqi ilə çıxış edib.

Bayram ab-havası ilə keçirilən mərasimdə doğma Vətənə qayıdan laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Bu gün doğma Laçınımızın füsunkar və əsrarəngiz, yaşıl təbiəti müxtəlif tədbir proqramları ilə al-əlvan rənglərə boyanacaq. Gün ərzində keçiriləcək tədbirlər nəinki laçınlıların, eləcə də bütün Azərbaycan xalqının yaddaşında daim qalacaq.

Belə ki, Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümü münasibətilə geniş bayram proqramı tərtib edilib. Şəhərin mənzərəli terrasında rəngarəng proqramlar həyata keçiriləcək.

Məkanda xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olunacaq. Ustad dərslərində şəbəkə, həsir sənəti, keramika, misgərlik və s. sahələr üzrə məlumat veriləcək, onların bir çoxunun hazırlanması prosesi əyani nümayiş etdiriləcək.

Sonra Laçın Kinoteatrında “Laçınım mənim” rəsm sərgisi və “Zamanın qanadlarında – Laçın” fotosərgisi açılacaq.
 

Həmçinin gün ərzində Həkəri çayının sahilində “Can Laçın” yarmarkası (Laçın mətbəxinin təqdimatı), Dağların nəfəsi – poeziya saatı və uşaqlar üçün tədbirlər (çərpələng uçurtma, maska, şar və torba oyunları, face art və s.) təşkil olunacaq.


Qeyd edək ki, ötən ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün, 26 avqust – Laçın Şəhəri Günü daxil olub. İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO

93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO

İti avtomobilə bağlayaraq sürüyən sürücü TUTULDU - VİDEO

İti avtomobilə bağlayaraq sürüyən sürücü TUTULDU - VİDEO

Ardıcıl 5 gün iş olmayacaq

Ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Hantavirus Ukraynaya çatdı – Ölənlər var

Hantavirus Ukraynaya çatdı – Ölənlər var

Azərbaycanda orta illik inflyasiya AÇIQLANDI

Azərbaycanda orta illik inflyasiya AÇIQLANDI

İşğalı əbədiləşdirmək PLANI - Minsk qrupunun gizli missiyası necə İFLASA UĞRADI?

İşğalı əbədiləşdirmək PLANI - Minsk qrupunun gizli missiyası necə İFLASA UĞRADI?

Lökbatandakı yanğında "Birmarket"ə məxsus anbara zərər dəyib

Lökbatandakı yanğında "Birmarket"ə məxsus anbara zərər dəyib

Bakıda 50-yə yaxın ünvandakı 177 eskalator yenilənəcək

Bakıda 50-yə yaxın ünvandakı 177 eskalator yenilənəcək

Azərbaycanda partiyanın vəzifəli şəxsi VƏFAT ETDİ - FOTO

Azərbaycanda partiyanın vəzifəli şəxsi VƏFAT ETDİ - FOTO

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının III mərhələsinin qalibi BƏLLİ OLDU - FOTO

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının III mərhələsinin qalibi BƏLLİ OLDU - FOTO

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb

Qubanın üç kəndinin adının dəyişdirilməsinə Siyavuş Novruzovdan REAKSİYA

Qubanın üç kəndinin adının dəyişdirilməsinə Siyavuş Novruzovdan REAKSİYA

Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir –SİYAHI

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir –SİYAHI

Azərbaycanda orta aylıq əməkhaqqı 1 100 manatı ÖTDÜ – RƏSMİ

Azərbaycanda orta aylıq əməkhaqqı 1 100 manatı ÖTDÜ – RƏSMİ

Lökbatanda yanan anbarın kimə məxsus olduğu açıqlandı - RƏSMİ

Lökbatanda yanan anbarın kimə məxsus olduğu açıqlandı - RƏSMİ

Parlament İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını QƏBUL ETDİ

Parlament İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını QƏBUL ETDİ

Nikah bağlamaq üçün bəyin İtaliyada villa almasını istədi – VİDEO

Nikah bağlamaq üçün bəyin İtaliyada villa almasını istədi – VİDEO

Əli Əsədovdan qaz sərfiyyatı ilə bağlı YENİ QƏRAR

Əli Əsədovdan qaz sərfiyyatı ilə bağlı YENİ QƏRAR

Sergey Brinin sevgilisi: “Onu idarə edə bilsəydim, çoxdan evli və uşaq sahibi olardım”

Sergey Brinin sevgilisi: “Onu idarə edə bilsəydim, çoxdan evli və uşaq sahibi olardım”

Fazil Mustafa: “Həmin uşaqlara da dövlət sahib çıxmalıdır”

Fazil Mustafa: “Həmin uşaqlara da dövlət sahib çıxmalıdır”

Bu futbolçu “Neftçi”dən GEDƏCƏK

Bu futbolçu “Neftçi”dən GEDƏCƏK

Müəllimini şam yeməyinə apardı – VİDEO

Müəllimini şam yeməyinə apardı – VİDEO

End of content

No more pages to load

RADİO