Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, belə ki, 37 yaşlı kənd sakini Samrat Paşayev qaranlıq küçə ilə gedərkən nəqliyyat vasitəsi onu vurub.
O, aldığı bədən xəsarətlərindən hadisə yerindəcə keçinib.
Hadisənin təfərrüatları araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu