Avqustun 19-da Qusar rayonu ərazisində rayon sakini 43 yaşlı R.Əhmədovun meyiti aşkarlanıb.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, o, odlu silahdan açılan atəş nəticəsində ölüb.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törədən şəxsin axtarışları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R.Əhmədovun iki gün əvvəl itkin düşdüyü deyilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.