Ölkəmizə meymunçiçəyinin müayinəsi üçün testlər GƏTİRİLDİ

“Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı  lazımi dərman preparatları gətirilib”. 

Bizim.Media xəbər verir ki, bu barədə “qafqazinfo.az”ın sorğusuna cavab olaraq  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. 

O bildirib ki, meymunçiçəyi (yeni adı mpox) viruslu zoonozdur (heyvanlardan insanlara keçən virus), əlamətləri  təbii çiçək xəstəliyinə oxşardır, lakin kliniki olaraq daha yüngül keçir.

İnfeksiyanın rezervuarına  bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxildir:

“Virusun ötürülməsi  xəstə heyvan, insan və ya virusla çirklənmiş  materiallarla təmas yolu ilə baş verir. Viruslar bədənə zədələnmiş dəri, nəfəs  yolları  və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir. İnsandan insana ötürülmənin ilk növbədə iri respirator damcılarla baş verdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır”. 

İnfeksionist qeyd edib ki, virusun gizli  dövrü  adətən  5 - 21 gündür. 5 günədək davam edə bilən başlanğıc  dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətləri rast gəlir.

Qızdırmadan 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır:

“Üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Ölüm hallarının tezliyi 0-10% arasında dəyişir. Əsasən risk qrupları arasında ( kişik yaşlı uşaqlar, hamilə qadınlar. Immundefisitli şəxslər) rast gəlir. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar olunması və təcrid olunmasıdır. 
 

Məlumat verildiyi kimi ölkəmizdə  mpox infeksiyasına yoluxma  halları qeydə alınmayıb. İnfeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyatlı Qurumlar tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir, nəzarət altındadır”. 


T.Eyvazov əlavə edib ki, meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə vaksinlər az miqdarda istehsal olunur və  yalnız bu virusa endemik ölkələrə paylanılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Tramp bu il Rusiyaya səfər edə bilər

Tramp bu il Rusiyaya səfər edə bilər

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

Vado Karovinin kürəkəni də Space TV-dən çıxarıldı - FOTO

Vado Karovinin kürəkəni də Space TV-dən çıxarıldı - FOTO

Maurinyo “Real”la anlaşdı

Maurinyo “Real”la anlaşdı

Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək

Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək

Prezidentin fərmanına aid olmayan taksi və avtobusların aqibəti necə olacaq? - RƏSMİ

Prezidentin fərmanına aid olmayan taksi və avtobusların aqibəti necə olacaq? - RƏSMİ

Müəllimi Putini ölkəsinin vətənpərvəri adlandırdı

Müəllimi Putini ölkəsinin vətənpərvəri adlandırdı

Hörmüz boğazı üçün bədbin PROQNOZ

Hörmüz boğazı üçün bədbin PROQNOZ

Dünyanın ən sağlam ədviyyatı SEÇİLDİ

Dünyanın ən sağlam ədviyyatı SEÇİLDİ

Azərbaycanda 50 minə Qurani-Kərim satılır – FOTO

Azərbaycanda 50 minə Qurani-Kərim satılır – FOTO

İran səfiri Küveyt XİN-ə ÇAĞIRILDI

İran səfiri Küveyt XİN-ə ÇAĞIRILDI

Şahbaz Şərif: “Sevimli qardaşımla söhbət etməkdən məmnun oldum”

Şahbaz Şərif: “Sevimli qardaşımla söhbət etməkdən məmnun oldum”

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

End of content

No more pages to load

RADİO