Cəlilabadda elektrik cərəyanı mal-qaranı vuraraq öldürüb.
Bizim.Media xəbər verir ki, hadisə Cəlilabad rayonunun Maşlıq kəndində baş verib.
Kənd sakini Saleh Feyzi oğlu Fərzullayevə məxsus iki baş xırdabuynuzlu mal-qara dəmir hasarı keçərkən, onları elektrik cərəyanı vurub və onlar tələf olub.
Əraziyə gələn aidiyyəti orqanların əməkdaşları elektrik xəttlərini ayırıblar.
Sabutay, Bizim.Media, Cənub bürosu