1000-dən artıq Eldar şamı niyə quruyub?

Yevlax rayonunda qurumuş Eldar şamı ağaclarına keçirilən baxış zamanı 1000-dən artıq ağacın götürülməsi qərarına gəlinib.

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov bu gün aparılan monitorinqlərin əsas məqsədinin ağacların quruma səbəbinin müəyyənləşdirilməsi olduğunu deyib: “İlkin monitorinqdən sonra belə qərara gəldik ki, xüsusi zərərvericilər ağacın fotosintez nəticəsində sintez olunmuş üzvi maddələrin axınının getdiyi floema qatını deşərək şirəni sorur, bundan sonra ağacın şirəsi axmağa başlayır. Nəticədə həmin şirə ilə zərərvericinin qoyduğu yumurtadan çıxan sürfələr qidalanaraq inkişaf edir. Beləliklə, digər ağacları da yoluxdururlar. Ağacın gövdəsi həmin zaman qapqara olur. Digər simptomlara gəlincə, yarpaqlar saralır, fotosintez prosesi tam gedə bilmir. Yarpaq getdikcə saralıb sıradan çıxır, fotosintez dayanır. Nəticədə bitki qida ala bilmir. Eyni zamanda, çoxalma nəticəsində boruda tıxaclar yaranır. Şirələr ağacın xaricinə çıxmağa başlayır. Nəticədə ağac məhv olmağa doğru gedir.

“Ağacların kifayət qədər, yəni 60-a yaxın yaşı var. Monitorinq aparılan ağaclar bir neçə ildir xəstəliyə yoluxub və son nəticədə belə acınacaqlı vəziyyət yaranıb. Tam analiz aparılmalı və həşəratın hansı virusun keçiricisi olduğu müəyyən edilməlidir. Həşəratların heç də hamısı virusla yoluxmur. Az bir qismi virusa yoluxur ki, onlar da xəstəlik yayırlar. Xəstəliyin səbəbi və ona qarşı mübarizə üsulları müəyyənləşdirilməlidir. Bunun üçün aidiyyəti qurumlar birgə iş aparmalıdır”, - deyə Ə.Məmmədov qeyd edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı şöbəsinin aparıcı məsləhətçisi Elnur Rəhimov bildirib ki, monitorinq zamanı zədələnmiş ağaclardan nümunə götürülüb və Agentliyin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında üç gün ərzində analiz aparılacaq. Bundan sonra nəticələr əlaqədar qurumlara göndəriləcək. Rəy verildikdən sonra isə görüləcək tədbirlər müəyyənləşdiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət Toxum Nəzarəti və Bitki təşkili şöbəsinin təsərrüfat xidməti sektorunun baş məsləhətçisi Şükür Əhmədov isə monitorinqlər zamanı ağacların qurumasının əsas səbəbinin zərərvericilər olduğunun müşahidə edildiyini diqqətə çatdırıb: “Qurumaya səbəb olan həmin xəstəliyin növü müəyyənləşdirilməlidir. Lazımi laborat analizlər aparıldıqdan sonra yekun rəy veriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lada Niva geri qayıdır: Yeni dizaynı ilə valeh etdi - FOTO

Lada Niva geri qayıdır: Yeni dizaynı ilə valeh etdi - FOTO

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik” – Tramp

İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik” – Tramp

XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı

XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı

“Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

“Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

"Qanlı dərə"də meyiti tapılan Rəhim Mustafayevin FOTOSU

"Qanlı dərə"də meyiti tapılan Rəhim Mustafayevin FOTOSU

Sürücülərin NƏZƏRİNƏ: Alternativ yollardan istifadə edin

Sürücülərin NƏZƏRİNƏ: Alternativ yollardan istifadə edin

"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları – SİYAHI

"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları – SİYAHI

Bakıya böyük pullarla gəlmişdilər, bir anda yoxa çıxdılar – Nə baş verir?

Bakıya böyük pullarla gəlmişdilər, bir anda yoxa çıxdılar – Nə baş verir?

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

BİZİM TƏQVİM:13 mayda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:13 mayda baş vermiş tarixi hadisələr

Dəhşətli iddia: ChatGPT cinayətkara "uşaqları hədəf al" tövsiyəsi verib

Dəhşətli iddia: ChatGPT cinayətkara "uşaqları hədəf al" tövsiyəsi verib

Supermarketlərdə qırmızı alış-veriş səbətlərinin ƏSL MƏQSƏDİ

Supermarketlərdə qırmızı alış-veriş səbətlərinin ƏSL MƏQSƏDİ

Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR

Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Bu bürclərin qadınları İDEAL ANA olur

Bu bürclərin qadınları İDEAL ANA olur

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

End of content

No more pages to load

RADİO