Həyat yoldaşını restoranda işlədiyinə görə öldürən ərə ağır CƏZA VERİLDİ - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə qəsdən adam öldürmə maddəsi üzrə təqsirləndirilən şəxs - Qədir Qasımovun məhkəmə prosesinin növbəti iclası keçirilib. 

Bizim.Media "unikal.az"a istinadən xəbər verir ki, prosesdə şahid qismində hadisəni törədən şəxsin azyaşlı qızı Şəbnəm Xamoyeva ifadə verib: 

"Hadisə səhərə yaxın oldu. Atam içkili vəziyyətdə evə gəldi, mənim gözümün qabağında anamı öldürdü. Atam həmişə evə içkili gəlirdi, anamı döyürdü. Hətta anam bişirən yeməkləri çölə atırdı". 

Sonra Qədir Qasımovun bacanağının anası Pərizadə ifadə verərək bildirib ki, hadisə Zülfiyyənin restoranda işə girməsi üstündə baş verib: 

"Mən oğlumun evinə qonaq gəlmişdim. Evdə uşaqlardan mənim nəvəm İslam və Şəbnəm var idi. Mən şəkər xəstəsi olduğumdan yatmışdım. Birdən səsə oyandım. Hadisə uşaqların gözü qabağında baş verib, Qədir bıçaqla Zülfiyyənin boyun, çiyin, kürək nahiyələrindən vuraraq öldürüb. Hətta danladım da Qədiri, dedi gedirəm polisə təslim olmağa. Gedib 40-cı polis bölməsinə təslim oldu". 

Məhkəmənin növbəti gedişində hakim Telman Hüseynov cinayət işinin materiallarını tədqiq edib. Məlum olub ki, Qədir Qasımov 3-cü qrup əlildir. 

Sonra hakim məhkəmə istintaqının tamamlanması ilə bağlı qərarı elan edib və dövlət ittihamçısı Valeh Ələkbərov ittiham nitqi ilə çıxış edərək Qədir Qasımovun 19 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib. 

Sonra təqsirləndirilən şəxsin vəkili Toğrul Məmmədov çıxış edərək qeyd edib ki, cinayətin törədilməsində xuliqanlıq niyyəti olmayıb, həmçinin hadisə azyaşlı uşaqların gözü qarşında baş verməyib. Müdafiə etdiyim şəxsə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cəza verilməsini istəyib. 

Qeyd edək ki, Qədir Qasımov son sözündə həyat yoldaşı Zülfiyyə Xamoyevanı qısqanclıq zəminində öldürdüyünü bildirib. 

Çıxışlardan sonra hakim hökmü elan edib və Qədir Qasımov 18 il müddətinə azadlıqdan məhrum olunub. 
 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ötən il noyabrın 2-də səhər saat 7 radələrində Binəqədi rayonu, yeni yaşayış massivində yerləşən evlərdən birində qeydə alınıb.


Orada yaşayan, 37 yaşlı Zülfiyyə Alim qızı Xamoyevanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 42 yaşlı Qədir Tahir oğlu Qasımov saxlanılıb. Qədir Qasımov barəsində Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 157.1-ci maddələri ilə Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bunu etmək qadağan olundu

Azərbaycanda bunu etmək qadağan olundu

Lada Niva geri qayıdır: Yeni dizaynı ilə valeh etdi - FOTO

Lada Niva geri qayıdır: Yeni dizaynı ilə valeh etdi - FOTO

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik” – Tramp

İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik” – Tramp

XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı

XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı

“Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

“Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

"Qanlı dərə"də meyiti tapılan Rəhim Mustafayevin FOTOSU

"Qanlı dərə"də meyiti tapılan Rəhim Mustafayevin FOTOSU

Sürücülərin NƏZƏRİNƏ: Alternativ yollardan istifadə edin

Sürücülərin NƏZƏRİNƏ: Alternativ yollardan istifadə edin

"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları – SİYAHI

"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları – SİYAHI

Bakıya böyük pullarla gəlmişdilər, bir anda yoxa çıxdılar – Nə baş verir?

Bakıya böyük pullarla gəlmişdilər, bir anda yoxa çıxdılar – Nə baş verir?

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

BİZİM TƏQVİM:13 mayda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:13 mayda baş vermiş tarixi hadisələr

Dəhşətli iddia: ChatGPT cinayətkara "uşaqları hədəf al" tövsiyəsi verib

Dəhşətli iddia: ChatGPT cinayətkara "uşaqları hədəf al" tövsiyəsi verib

Supermarketlərdə qırmızı alış-veriş səbətlərinin ƏSL MƏQSƏDİ

Supermarketlərdə qırmızı alış-veriş səbətlərinin ƏSL MƏQSƏDİ

Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR

Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Bu bürclərin qadınları İDEAL ANA olur

Bu bürclərin qadınları İDEAL ANA olur

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

End of content

No more pages to load

RADİO