Avqustun 10-u çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verirlib.
Bildirilib ki, avqustun 10-u gündüz dağlıq ərazilərdə, 11-13-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Bizim.Media