Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər 2 ayağını itirdi - FOTO

Masallı Rayon Məhkəməsində “Bioloji Təbabət” klinikasının bu rayondakı filialının cərrahı Qəhrəman Aydın barəsindəki cinayət işinə baxılıb. 

Bizim.Media xəbər verir ki, 35 yaşlı neyrocərrah Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq-vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibətinin mühüm zərər vurulmaya səbəb olduqda) maddəsi ilə təqsirləndirilib. 

Məhkəmədə bildirilib ki, bel fəqərəsi yırtığından əziyyət çəkən 1970-ci il təvəllüdlü A.Adıgözəlovanın sol ayağı zəif işləyib, sağ ayağında isə problem olmayıb.

O, 2023-cü ildə klinikanın Masallı filialında fizioterapevt işləyən Günel Nəsibovanın xidmətindən istifadə edib və özünü yaxşı hiss edib. Lakin daha sonra ağrıları yenidən başladığı üçün klinikaya təkrar üz tutub. Həmin vaxt G.Nəsibova A.Adıgözəlovaya belindəki yırtığın böyüdüyünü bildirərək cərrahi əməliyyat məsləhət görüb. 

Bundan sonra pasiyent müayinələrdən keçib və klinikanın cərrahı Qəhrəman Aydın tərəfindən əməliyyat edilib. A.Adıgözəlova narkozdan ayıldıqdan sonra hər iki ayağının fəaliyyətini tam itirdiyi məlum olub. Təyin edilmiş ekspertizadan sonra Q.Aydının cərrahi əməliyyat vaxtı A.Adıgözəlovanın belindəki siniri kəsdiyi məlum olub. Zərərçəkmiş qadın əlil arabasından istifadə etməyə məcbur qalıb. 
 

Məhkəmədə Qəhrəman Aydın ekspertiza rəyi ilə razı olmadığını bildirib. O, A.Adıgözəlovanın müalicəsi və sağalması üçün tibbi üsulların mövcud olduğunu deyib. 


"Qafqazinfo.az"ın məlumatına görə, zərərçəkmiş tərəf isə cərrahın onu ömürlük şikəst etdiyini bildirərək cəzalandırılmasını, dəymiş maddi və mənəvi zərərə görə 30 min manat təzminat ödəməsini tələb edib. 

Masallı Rayon Məhkəməsindəki proses iyulun 31-də başa çatıb. 

Məhkəmənin hökmü ilə Qəhrəman Aydın 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib. Ona aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib. Əlavə olaraq mülki iddia qismən təmin edilib. Cərrahdan 15 226 manat pul tutularaq A.Adıgözəlovaya ödənilməsinə qərar verilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bunu etmək qadağan olundu

Azərbaycanda bunu etmək qadağan olundu

Lada Niva geri qayıdır: Yeni dizaynı ilə valeh etdi - FOTO

Lada Niva geri qayıdır: Yeni dizaynı ilə valeh etdi - FOTO

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik” – Tramp

İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik” – Tramp

XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı

XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı

“Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

“Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

"Qanlı dərə"də meyiti tapılan Rəhim Mustafayevin FOTOSU

"Qanlı dərə"də meyiti tapılan Rəhim Mustafayevin FOTOSU

Sürücülərin NƏZƏRİNƏ: Alternativ yollardan istifadə edin

Sürücülərin NƏZƏRİNƏ: Alternativ yollardan istifadə edin

"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları – SİYAHI

"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları – SİYAHI

Bakıya böyük pullarla gəlmişdilər, bir anda yoxa çıxdılar – Nə baş verir?

Bakıya böyük pullarla gəlmişdilər, bir anda yoxa çıxdılar – Nə baş verir?

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

BİZİM TƏQVİM:13 mayda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:13 mayda baş vermiş tarixi hadisələr

Dəhşətli iddia: ChatGPT cinayətkara "uşaqları hədəf al" tövsiyəsi verib

Dəhşətli iddia: ChatGPT cinayətkara "uşaqları hədəf al" tövsiyəsi verib

Supermarketlərdə qırmızı alış-veriş səbətlərinin ƏSL MƏQSƏDİ

Supermarketlərdə qırmızı alış-veriş səbətlərinin ƏSL MƏQSƏDİ

Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR

Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Bu bürclərin qadınları İDEAL ANA olur

Bu bürclərin qadınları İDEAL ANA olur

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

End of content

No more pages to load

RADİO