İki əsgərin itkin düşməsinə görə saxlanılan hərbçilər işgəncədə İTTİHAM OLUNUR

Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu (23.05.2003) və Abdullayev Firdovsi Mais oğlunun (09.02.2003) 2022-ci il martın 3-də Laçın rayonu ərazisində itkin düşməsi ilə bağlı azadlıqdan məhrum edilən iki hərbçi tabeliyində olan şəxsə zor tətbiq etməkdə, işgəncə verməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Hərbi Prokurorluğun avqustun 7-də yaydığı məlumatdan aydın olur ki, Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Babayev Təbriz Rasim oğluna Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri, Həməşəyev Taleh Möhübbət oğluna isə Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilib.

Füzuli hərbi məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Təbrik Babayev və Taleh Həməşəyev onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 329-cu maddəsində tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlərə görə cəza nəzərdə tutulur.

Təbriz Babayev Cinayət Məcəlləsinin 329.2.1-ci (eyni əməllər təkrar törədildikdə), 329.2.2-ci (eyni əməllər iki və ya daha çox şəxsə qarşı törədildikdə), ən acınacaqlısı isə 329.2.6-cı maddəsi (eyni əməllər işgəncə verməklə törədildikdə) üzrə təqsirli bilinib.

Bundan başqa, ona qarşı Cinayət Məcəlləsinin 341.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə də ittiham irəli sürülüb.

Azadlıqdan məhrum edilən digər hərbçi Taleh Həməşəyev isə Cinayət Məcəlləsinin 341.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi üzrə təqsirli bilinib.

Xatırladaq ki, Azərbaycan Ordusunun 2022-ci il martın 3-də Laçın rayonu ərazisində itkin düşmüş əsgərləri Məmmədov Fərid Əjdər oğlu (23.05.2003) və Abdullayev Firdovsi Mais oğlunun (09.02.2003) meyitlərinin qalıqları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.

Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər.
Hər iki əsgər bu gün dəfn olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mayın 17-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!

Mayın 17-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!

Atasının məzarı başında evlilik təklifi edibmiş – FOTO

Atasının məzarı başında evlilik təklifi edibmiş – FOTO

Rubio Maduronun geyimində Çinə uçdu - FOTO

Rubio Maduronun geyimində Çinə uçdu - FOTO

Bu şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul olunurlar – SİYAHI

Bu şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul olunurlar – SİYAHI

Şuşaya avtomobillə gedənlərin NƏZƏRİNƏ: 150 manat cərimə oluna bilərsiniz - VİDEO

Şuşaya avtomobillə gedənlərin NƏZƏRİNƏ: 150 manat cərimə oluna bilərsiniz - VİDEO

DÇ-2026-nın əsas favoritləri – SİYAHI

DÇ-2026-nın əsas favoritləri – SİYAHI

Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?

Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?

Kim Çen İndən uşaq corablarının dizaynı ilə bağlı QƏRİBƏ TƏKLİF

Kim Çen İndən uşaq corablarının dizaynı ilə bağlı QƏRİBƏ TƏKLİF

Ukrayna Rusiya sərhədindən 1500 kilometr uzaqlıqdakı qaz obyektlərini vurdu

Ukrayna Rusiya sərhədindən 1500 kilometr uzaqlıqdakı qaz obyektlərini vurdu

“Qarabağ”ın legioneri İngiltərə klublarının HƏDƏFİNDƏ

“Qarabağ”ın legioneri İngiltərə klublarının HƏDƏFİNDƏ

Tramp iki dünya supergücünün adını açıqladı

Tramp iki dünya supergücünün adını açıqladı

Avropa İttifaqı Rusiya-Ukrayna atəşkəsini peyklərlə izləyəcək

Avropa İttifaqı Rusiya-Ukrayna atəşkəsini peyklərlə izləyəcək

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Rusiyada gecəboyu partlayış səsləri eşidilib

Rusiyada gecəboyu partlayış səsləri eşidilib

Tramp Si Cinpindən bunu XAHİŞ EDƏCƏK

Tramp Si Cinpindən bunu XAHİŞ EDƏCƏK

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

103 yaşlı həkim uzunömürlülüyün- 3 sirrini açıqladı

103 yaşlı həkim uzunömürlülüyün- 3 sirrini açıqladı

Futbolsevərlərin NƏZƏRİNƏ: Azərbaycan Kubokunda FİNALDIR

Futbolsevərlərin NƏZƏRİNƏ: Azərbaycan Kubokunda FİNALDIR

Kremldə güclü yanğın oldu – 5 nəfər xilas edildi - VİDEO

Kremldə güclü yanğın oldu – 5 nəfər xilas edildi - VİDEO

ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq

ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ - 1000 manatadək CƏRİMƏSİ VAR

İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ - 1000 manatadək CƏRİMƏSİ VAR

Kafe sahibini bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI

Kafe sahibini bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI

Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

End of content

No more pages to load

RADİO