Şəmkirdə 36 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü Arif Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
"Faktla bağlı araşdırmalar davam etdirilir"-deyə DİN rəsmisi bildirib.
Qeyd edək ki, Şəmkir rayon Şiştəpə kənd sakini, 1988-ci il təvəllüdlü Elnur İsmayılov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Hadisənin içkili vəziyyətdə, söyüşlə edilən zarafat üstə törədildiyi bildirilir.
Bizim.Media