Oğuz rayonunda traktor sürücüsü qəfil ölüb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Dəymədağlı kəndində baş verib.
Kənd sakini 2004-cü il təvəllüdlü Məmmədli Loğman Fərman oğlu traktorla hərəkətdə olarkən vəfat edib. Sükan arxasında olan gəncin ürəktutmadan həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, avqustun 22-si Loğmanın 20 yaşı tamam olacaqmış.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media