Gədəbəydə avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaradağ kəndində baş verib.
Hərəkətdə olan VAZ markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq aşıb.
Qəza zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu