Ucar rayon sakininin üzərinə beton düşüb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Göyçayda köhnə tikililər olan ərazidə qeydə alınıb.
Belə ki, Ucar rayon sakini 1985-ci il təvəllüdlü İsgəndərov Səxavət Aydın oğlu dəmir yığarkən ehtiyatsız davranıb və üzərinə beton düşüb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media