Qarabağda da Bakı Tikiş Evinin satış mağazaları AÇILACAQ? – Rəsmi AÇIQLAMA

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdəki məktəblərdə 1000-ə yaxın şagird təhsil alır. Yeni tədris ilinə təxminən 1 aya yaxın vaxt qalıb. Əlbəttə ki, Qarabağda təhsil alan şagirdlərimizə də məktəbli formalarının əlçatan olması üçün həmin ərazilərdə də  Bakı Tikiş Evinin mağazalarının açılması labüddür. Demək olar ki, bütün bölgələrimizdə BTE-nin satış mağazaları fəaliyyət göstərir. 

Maraqlıdır, bəs işğaldan azad edilən rayonlarımızda təhsil alan şagirdlər məktəbli forması ilə necə təmin olunur? Qarabağda da BTE-nin satış mağazalarının açılması planlaşdırılırmı? 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirib ki, bu barədə Bakı Tikiş Evinə müraciət edən olmayıb:

“Məsələn, Qəbələ, Quba, Şamaxı, Masallı Lənkəran, Bərdə və s kimi rayonlara məktəb formaları göndəririk, yəni, çalışırıq ki, regionları əhatə edək. Ancaq  Elm və Təhsil Nazirliyi belə bir təşəbbüslə çıxış etməlidir. Bildiyiniz kimi, bölgələrdə regional təhsil idarələri var və oradakı məktəbli formalarını hansı fabrikin istehsal edəcəyi  və ya haradan alınacağı onların səlahiyyətindədir. Əgər müraciət  etsələr, əlbəttə açarıq. ”.

Bəs Qarabağdakı şagirdlərin valideynləri formanı Bakıdan və ya yaxın bölgələrdən alır? Bu, onlar üçün çətin deylil? 

Etibar Ezimov məsələyə belə münasibət bildirib:

“Xeyr, onlara göndərilir. Elm və Təhsil Nazirliyinin təchizat bazası var və bizdən alıb oraya göndərilir. Ola bilər ki, ümumiyyətlə, oraya pulsuz göndərilsin. Qarabağdakı şagirdlər də yeni məktəbli  formaları geyinirlər. Biz bütün ölkə üzrə cavabdeh ola bilmərik və harada mağazanın açılacağına qərar verə bilmərik. Üstəlik, bilirik ki, işğaldan azad olunmuş ərazilərdə hər iş mərkəzləşdirilmiş şəkildə aparılır”. 

Bizim.Media Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi Fəridə Sahiblə əlaqə saxlayaraq məsələni aydınlaşdırıb. 

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli ‘Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” nin təsdiq edilməsi haqqında qərar xüsusi təyinatlı dövlət ümumi təhsil müəssisələri xaric ölkənin digər dövlət ümumi təhsil müəssisəsi üzrə tətbiq edilir. 

“Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin  Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər, xüsusilə, övladları birinci sinifə gedənlər Agentliyin və yerli bölmələrinin çağrı mərkəzi, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər”. 

Fəridə Sahib mağazaların Nazirliyin icazəsiylə açıla biləcəyi və Qarabağdakı şagirdlərə məktəbli formalarının ödənişsiz verilə biləcəyi ilə bağlı iddialara isə belə cavab verib:

“Bununla bağlı başqa hallar nəzərdə tutulmayıb. Biz satışla  məşğul olmuruq və mağazaların harada açılacağına da qərar vermirik. Bu, kommersiya qurumlarının öhdəliyindədir”. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mayın 17-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!

Mayın 17-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!

Atasının məzarı başında evlilik təklifi edibmiş – FOTO

Atasının məzarı başında evlilik təklifi edibmiş – FOTO

Rubio Maduronun geyimində Çinə uçdu - FOTO

Rubio Maduronun geyimində Çinə uçdu - FOTO

Bu şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul olunurlar – SİYAHI

Bu şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul olunurlar – SİYAHI

Şuşaya avtomobillə gedənlərin NƏZƏRİNƏ: 150 manat cərimə oluna bilərsiniz - VİDEO

Şuşaya avtomobillə gedənlərin NƏZƏRİNƏ: 150 manat cərimə oluna bilərsiniz - VİDEO

DÇ-2026-nın əsas favoritləri – SİYAHI

DÇ-2026-nın əsas favoritləri – SİYAHI

Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?

Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?

Kim Çen İndən uşaq corablarının dizaynı ilə bağlı QƏRİBƏ TƏKLİF

Kim Çen İndən uşaq corablarının dizaynı ilə bağlı QƏRİBƏ TƏKLİF

Ukrayna Rusiya sərhədindən 1500 kilometr uzaqlıqdakı qaz obyektlərini vurdu

Ukrayna Rusiya sərhədindən 1500 kilometr uzaqlıqdakı qaz obyektlərini vurdu

“Qarabağ”ın legioneri İngiltərə klublarının HƏDƏFİNDƏ

“Qarabağ”ın legioneri İngiltərə klublarının HƏDƏFİNDƏ

Tramp iki dünya supergücünün adını açıqladı

Tramp iki dünya supergücünün adını açıqladı

Avropa İttifaqı Rusiya-Ukrayna atəşkəsini peyklərlə izləyəcək

Avropa İttifaqı Rusiya-Ukrayna atəşkəsini peyklərlə izləyəcək

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Rusiyada gecəboyu partlayış səsləri eşidilib

Rusiyada gecəboyu partlayış səsləri eşidilib

Tramp Si Cinpindən bunu XAHİŞ EDƏCƏK

Tramp Si Cinpindən bunu XAHİŞ EDƏCƏK

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

103 yaşlı həkim uzunömürlülüyün- 3 sirrini açıqladı

103 yaşlı həkim uzunömürlülüyün- 3 sirrini açıqladı

Futbolsevərlərin NƏZƏRİNƏ: Azərbaycan Kubokunda FİNALDIR

Futbolsevərlərin NƏZƏRİNƏ: Azərbaycan Kubokunda FİNALDIR

Kremldə güclü yanğın oldu – 5 nəfər xilas edildi - VİDEO

Kremldə güclü yanğın oldu – 5 nəfər xilas edildi - VİDEO

ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq

ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ - 1000 manatadək CƏRİMƏSİ VAR

İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ - 1000 manatadək CƏRİMƏSİ VAR

Kafe sahibini bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI

Kafe sahibini bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI

Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

End of content

No more pages to load

RADİO