Ana 3 yaşlı oğlunu niyə SATIŞA çıxarıb? – ÖZƏL AÇIQLAMA

Sosial şəbəkə hesabında öz övladını satmaq üçün videopaylaşım edən ana ilə bağlı məsələ aktual olaraq qalır. İnsan alverinə cəhd edən qadının, həm də qeyri-insani əməli hələ də ciddi tənqid olunur. 

“Əsəbi olduğum üçün paylaşdım...”

Bizim.Media ictimaiyyətdə rezonans doğuran hadisə ilə bağlı 3 yaşlı övladını satışa çıxaran 2000-ci il təvəllüdlü Nəzrin Qurbanovadan açıqlama alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ana övladını sosial şəbəkədə SATMAQ İSTƏDİ – Uşaq dövlət himayəsinə alındı


Qadın etdiyi qeyri-qanuni əməlini belə əsaslandırıb:

“Əsəbi vəziyyətdə olduğum üçün belə bir video çəkib paylaşmışam. Amma indi fikrim başqadır. Oğlumun mənə qaytarılmasını istəyirəm. Ən azı bu, mümkün olmasa da, onu vaxtı-vaxtında görmək üçün şərait yaradılsın. Uşaq o müəssisədə qalsın, amma arada onu görüm. Onsuz da sosial durumum onu saxlamağa imkan vermir. Özüm rəfiqəmlə günü 10 manata kirayədə qalırıq və borclarım var. Sinif yoldaşımdan maddi dəstək alıram. Heç kimim yoxdur. Anamı 10 yaşında, atamı isə bu ilin martında itirmişəm. Özümüz 7 uşaq olmuşuq, 5-i sudurğadan, bir qardaşım isə suda boğulmadan dünyasını dəyişib. Onların heç birini görməmişəm. Məni xalam böyüdüb”. 

“Yoldaşım “o uşaq məndən deyil” deyir...”

Nəzrin Qurbanova qeyri-rəsmi nikahda olub və elə hamilə olarkən də yoldaşından ayrılıb: 

“Yoldaşımla rəsmi nikahımız olmayıb. Mənə baxmırdı, hamilə olanda özüm ondan ayrıldım. O vaxtdan indiyədək əlaqəmiz yoxdur. Övladımı min bir əziyyətlə böyütmüşəm. Küçələrdə gecələdiyimiz günlər də olub. Hətta zibil qutularından oğluma köhnəlmiş yemək gətirirdim.

Bəzən ona tapmadığım üçün qız paltarı geydirmişəm. Tək olduğum üçün onu qoyub işləyə bilmirdim. Dəfələrlə Kürdəmirə gedib yoldaşımla görüşmüşəm ki, oğluma kömək etsin. Ən azı aylıq yeməyini və geyimini təmin etsin. “O uşaq məndən deyil, elə adda mənim oğlum yoxdur”, - deyə yaxın durmayıb. Hətta uşağa şəxsiyyət vəsiqəsi alanda belə soyadını vermədi. Yalvara-yalvara sadəcə ata adını yazdıra bildim. Ona DNT analizi etməsini də təklif etmişdim. Yoldaşım evlənib, ailəsi və uşaqları var. Kürdəmirdə taksi sürücüsü kimi çalışır. Öz uşaqlarına bəy balası kimi baxır”. 

“Ev sahibi məni küçəyə atacaq”

Nəzrin Qurbanovanın sözlərinə görə uşağına baxan olmadığı üçün iş axtarmaqda o qədər maraqlı olmayıb və davamlı işləyə bilməyib: 

“3 gün ”Binə” Çörək zavodunda çalışdım. Baxdım ki, uşağı qoymağa yer yoxdu, çıxdım. İki dəfə dolanışığımın çətin olması ilə bağlı TikTok-da  videopaylaşım etdim. Hətta Kürdəmir rayon İcra Hakimiyyətinə də oradan səsləndim. Onlardan xəbər çıxmadı. Cəmi bir ailə maddi köməklik etdi.

O vəsaitlə iki günlük ev kirayəsini ödədim və 15-20 gün yemək pulumuz oldu. Atam sağ olanda onun pensiyası ilə keçinirdik.

Uşağı onun yanına qoyub işləyə də bilirdim. İki gündür hər kəs məni tənqid edir, amma anlayan yoxdur ki, bu illər ərzində tək uşağı necə böyütmüşəm.

Nərimanov rayonundakı Məşğulluq İdarəsinə də iş üçün müraciət etmişəm. İndi də vəziyyətim çətindir, gündəlik kirayə pulunu verə bilmirəm. Hətta bu gün də ödəməyə pulum yoxdur. Ev sahibi mənə vaxt qoyub, ödənişi etməsəm küçəyə atacaq. Yenə də yaxşı insanlardan və dövlət qurumlarından dəstək istəyirəm”, - deyə Nəzrin Qurbanova əlavə edib. 

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məlumat əsasında məsələ araşdırılıb. Uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.

Əlavə olaraq Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır.

Ayrıca, azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mayın 17-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!

Mayın 17-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!

Atasının məzarı başında evlilik təklifi edibmiş – FOTO

Atasının məzarı başında evlilik təklifi edibmiş – FOTO

Rubio Maduronun geyimində Çinə uçdu - FOTO

Rubio Maduronun geyimində Çinə uçdu - FOTO

Bu şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul olunurlar – SİYAHI

Bu şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul olunurlar – SİYAHI

Şuşaya avtomobillə gedənlərin NƏZƏRİNƏ: 150 manat cərimə oluna bilərsiniz - VİDEO

Şuşaya avtomobillə gedənlərin NƏZƏRİNƏ: 150 manat cərimə oluna bilərsiniz - VİDEO

DÇ-2026-nın əsas favoritləri – SİYAHI

DÇ-2026-nın əsas favoritləri – SİYAHI

Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?

Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?

Kim Çen İndən uşaq corablarının dizaynı ilə bağlı QƏRİBƏ TƏKLİF

Kim Çen İndən uşaq corablarının dizaynı ilə bağlı QƏRİBƏ TƏKLİF

Ukrayna Rusiya sərhədindən 1500 kilometr uzaqlıqdakı qaz obyektlərini vurdu

Ukrayna Rusiya sərhədindən 1500 kilometr uzaqlıqdakı qaz obyektlərini vurdu

“Qarabağ”ın legioneri İngiltərə klublarının HƏDƏFİNDƏ

“Qarabağ”ın legioneri İngiltərə klublarının HƏDƏFİNDƏ

Tramp iki dünya supergücünün adını açıqladı

Tramp iki dünya supergücünün adını açıqladı

Avropa İttifaqı Rusiya-Ukrayna atəşkəsini peyklərlə izləyəcək

Avropa İttifaqı Rusiya-Ukrayna atəşkəsini peyklərlə izləyəcək

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Rusiyada gecəboyu partlayış səsləri eşidilib

Rusiyada gecəboyu partlayış səsləri eşidilib

Tramp Si Cinpindən bunu XAHİŞ EDƏCƏK

Tramp Si Cinpindən bunu XAHİŞ EDƏCƏK

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

103 yaşlı həkim uzunömürlülüyün- 3 sirrini açıqladı

103 yaşlı həkim uzunömürlülüyün- 3 sirrini açıqladı

Futbolsevərlərin NƏZƏRİNƏ: Azərbaycan Kubokunda FİNALDIR

Futbolsevərlərin NƏZƏRİNƏ: Azərbaycan Kubokunda FİNALDIR

Kremldə güclü yanğın oldu – 5 nəfər xilas edildi - VİDEO

Kremldə güclü yanğın oldu – 5 nəfər xilas edildi - VİDEO

ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq

ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ - 1000 manatadək CƏRİMƏSİ VAR

İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ - 1000 manatadək CƏRİMƏSİ VAR

Kafe sahibini bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI

Kafe sahibini bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI

Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

End of content

No more pages to load

RADİO