Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, Tofiq İbrahimov 2004-2010-cu illərdə Qəbələnin, 2010-2012-ci illərdə isə Lənkəranın icra başçısı kimi fəaliyyət göstərib. O, 2012-ci ildən bəri Ağdaş rayon İcra Hakimiyyətinə başçılıq edirdi.
Bizim.Media