“Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi çərçivəsində yekun tədbir keçirilib — FOTO

“İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi çərçivəsində yekun tədbirini Bakı şəhərində keçirib.

Bizim.Media xəbər verir ki, Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutan tədbirdə QHT, media nümayəndələri və ictimai fəallar iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən “İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev tədbirin mahiyyətindən bəhs edərək bildirib ki, layihənin məqsədi korrupsiya və rüşvətxorluğa qarşı görülən işləri çatdırmaq, eyni zamanda bu mübarizədə geniş ictimaiyyətin dəstəyini qazanmaqdır.
 

Təşkilat rəhbəri qeyd edib ki, Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramları və antikorrupsiya qanunvericiliyi qəbul edilərək hüquqi baza gücləndirilmişdir.


“Elektron hökumət layihələri və dövlət satınalmalarının şəffaflığı təmin etmək məqsədilə elektron satınalmalar sistemi tətbiq olunmuşdur. İctimai nəzarətin gücləndirilməsi üçün QHT-lər və medianın rolu artırılmış, maarifləndirmə tədbirləri və təlimlər təşkil edilmişdir. Asan xidmət və DOST Mərkəzləri də bu istiqamətdə ən uğurlu layihələrdən olub. QHT nümayəndələri olaraq bu istiqamətdə bizim üzərimizə də müəyyən vəzifələr düşür. Bu baxımdan davamlı olaraq bu sahədə layihələrin icrası vacibdir.”

ATXƏM-in sədri İlham İsmayılov, Bakı QHT Resurs Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni, layihə eksperti Əli İbrahimov və digər çıxışçılar layihənin uğurlarından danışaraq, bu sahədə ictimai fəallığın artırılmasının vacibliyini qeyd etdilər.
 

Azərbaycanın korrupsiya ilə mübarizə sahəsində yeni mexanizmlər qurduğu və müəyyən problemlərin aradan qaldırılması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti sektorunun birgə və davamlı fəaliyyətinin vacibliyi diqqətə çatdırıldı.


Qeyd edək ki, “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində Bakı şəhəri, Sumqayıt şəhəri, Quba və Xaçmaz rayonlarında maarifləndirici tədbirlər keçirilib.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İTV”-nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?

“İTV”-nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?

“Netflix” komediya şousundan Melaniya Trampla bağlı kobud zarafatı çıxartdı

“Netflix” komediya şousundan Melaniya Trampla bağlı kobud zarafatı çıxartdı

“Eurovision”da qalmaqal: Musiqi artıq siyasətdən kənarda deyil

“Eurovision”da qalmaqal: Musiqi artıq siyasətdən kənarda deyil

Azərbaycan vətəndaşları qonşu ölkədən belə deportasiya olundu – VİDEO

Azərbaycan vətəndaşları qonşu ölkədən belə deportasiya olundu – VİDEO

Vado Korovinin kürəkəni işdən çıxarılıb? – AÇIQLAMA

Vado Korovinin kürəkəni işdən çıxarılıb? – AÇIQLAMA

Tramp bu suala görə jurnalisti təhqir etdi - VİDEO

Tramp bu suala görə jurnalisti təhqir etdi - VİDEO

Türkiyədə AİLƏ DRAMI – Ata-oğulun yemək davası qanla bitdi – VİDEO

Türkiyədə AİLƏ DRAMI – Ata-oğulun yemək davası qanla bitdi – VİDEO

Ronaldonun nişanlısı çimərlik geyimində reklama çəkildi – FOTO

Ronaldonun nişanlısı çimərlik geyimində reklama çəkildi – FOTO

DİQQƏT! Bu ərazilərdə 2 gün su olmayacaq

DİQQƏT! Bu ərazilərdə 2 gün su olmayacaq

WUF13 müddətində tədris prosesi bu formada keçiriləcək - DETALLAR

WUF13 müddətində tədris prosesi bu formada keçiriləcək - DETALLAR

Bir zamanlar hər küçədə rast gəlmək olurdu – Tədricən yoxa çıxır...

Bir zamanlar hər küçədə rast gəlmək olurdu – Tədricən yoxa çıxır...

Ərdoğan mühüm toplantı üçün Qazaxıstana yola düşdü

Ərdoğan mühüm toplantı üçün Qazaxıstana yola düşdü

Hantavirusun hansı heyvandan keçdiyi BİLİNDİ – Bu ölkələrdə olur - FOTO

Hantavirusun hansı heyvandan keçdiyi BİLİNDİ – Bu ölkələrdə olur - FOTO

İşdən çıxan şəxs hansı halda- Geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda- Geri qayıda bilər?

“e-Tabib” fəaliyyətini dayandırdı

“e-Tabib” fəaliyyətini dayandırdı

Mayın 17-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!

Mayın 17-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!

Atasının məzarı başında evlilik təklifi edibmiş – FOTO

Atasının məzarı başında evlilik təklifi edibmiş – FOTO

Rubio Maduronun geyimində Çinə uçdu - FOTO

Rubio Maduronun geyimində Çinə uçdu - FOTO

Bu şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul olunurlar – SİYAHI

Bu şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul olunurlar – SİYAHI

Şuşaya avtomobillə gedənlərin NƏZƏRİNƏ: 150 manat cərimə oluna bilərsiniz - VİDEO

Şuşaya avtomobillə gedənlərin NƏZƏRİNƏ: 150 manat cərimə oluna bilərsiniz - VİDEO

DÇ-2026-nın əsas favoritləri – SİYAHI

DÇ-2026-nın əsas favoritləri – SİYAHI

Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?

Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?

Kim Çen İndən uşaq corablarının dizaynı ilə bağlı QƏRİBƏ TƏKLİF

Kim Çen İndən uşaq corablarının dizaynı ilə bağlı QƏRİBƏ TƏKLİF

Ukrayna Rusiya sərhədindən 1500 kilometr uzaqlıqdakı qaz obyektlərini vurdu

Ukrayna Rusiya sərhədindən 1500 kilometr uzaqlıqdakı qaz obyektlərini vurdu

End of content

No more pages to load

RADİO