Qarabağ Universiteti 2024/2025-ci tədris ilində Pedaqoji fakültə üzrə aşağıdakı ixtisaslarda tələbə qəbulu elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə universitetin “Facebook” səhifəsində məlumat verilib.
Bildirlib ki, aşağıdakı ixtisaslar üzrə ixtisas qəbulu həyata keçiriləcək:
Riyaziyyat müəllimliyi;
İbtidai sinif müəllimliyi;
Xarici dil müəllimliyi;
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
Qeyd edək ki, Qarabağ Univsersiteti ümumilikdə 27 ixtisas üzrə tələbə qəbulu həyata keçirir.
Xatırladaq ki, universitetlərə tələbə qəbulu müsabiqəsi avqustun 9-dan 19-na qədər aparılacaq.

Bizim.Media