Taksi sürücüləri bu tarixdə imtahan verəcək

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün ilk imtahan avqustun 25-də keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Məlumatda deyilir ki, imtahanda iştirak etmək üçün DİM-ə müvafiq qurumlar tərəfindən 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub.

İmtahanda iştirak etmək istəyən həmin sürücülər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) "Şəxsi kabinet" yaratmalı və 6 avqust saat 15:00‑dan 20 avqust saat 23:59-dək "Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. "Şəxsi kabinet"in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər "Şəxsi kabinet" yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
 

İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək.


Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İTV”-nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?

“İTV”-nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?

“Netflix” komediya şousundan Melaniya Trampla bağlı kobud zarafatı çıxartdı

“Netflix” komediya şousundan Melaniya Trampla bağlı kobud zarafatı çıxartdı

“Eurovision”da qalmaqal: Musiqi artıq siyasətdən kənarda deyil

“Eurovision”da qalmaqal: Musiqi artıq siyasətdən kənarda deyil

Azərbaycan vətəndaşları qonşu ölkədən belə deportasiya olundu – VİDEO

Azərbaycan vətəndaşları qonşu ölkədən belə deportasiya olundu – VİDEO

Vado Korovinin kürəkəni işdən çıxarılıb? – AÇIQLAMA

Vado Korovinin kürəkəni işdən çıxarılıb? – AÇIQLAMA

Tramp bu suala görə jurnalisti təhqir etdi - VİDEO

Tramp bu suala görə jurnalisti təhqir etdi - VİDEO

Türkiyədə AİLƏ DRAMI – Ata-oğulun yemək davası qanla bitdi – VİDEO

Türkiyədə AİLƏ DRAMI – Ata-oğulun yemək davası qanla bitdi – VİDEO

Ronaldonun nişanlısı çimərlik geyimində reklama çəkildi – FOTO

Ronaldonun nişanlısı çimərlik geyimində reklama çəkildi – FOTO

DİQQƏT! Bu ərazilərdə 2 gün su olmayacaq

DİQQƏT! Bu ərazilərdə 2 gün su olmayacaq

WUF13 müddətində tədris prosesi bu formada keçiriləcək - DETALLAR

WUF13 müddətində tədris prosesi bu formada keçiriləcək - DETALLAR

Bir zamanlar hər küçədə rast gəlmək olurdu – Tədricən yoxa çıxır...

Bir zamanlar hər küçədə rast gəlmək olurdu – Tədricən yoxa çıxır...

Ərdoğan mühüm toplantı üçün Qazaxıstana yola düşdü

Ərdoğan mühüm toplantı üçün Qazaxıstana yola düşdü

Hantavirusun hansı heyvandan keçdiyi BİLİNDİ – Bu ölkələrdə olur - FOTO

Hantavirusun hansı heyvandan keçdiyi BİLİNDİ – Bu ölkələrdə olur - FOTO

İşdən çıxan şəxs hansı halda- Geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda- Geri qayıda bilər?

“e-Tabib” fəaliyyətini dayandırdı

“e-Tabib” fəaliyyətini dayandırdı

Mayın 17-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!

Mayın 17-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!

Atasının məzarı başında evlilik təklifi edibmiş – FOTO

Atasının məzarı başında evlilik təklifi edibmiş – FOTO

Rubio Maduronun geyimində Çinə uçdu - FOTO

Rubio Maduronun geyimində Çinə uçdu - FOTO

Bu şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul olunurlar – SİYAHI

Bu şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul olunurlar – SİYAHI

Şuşaya avtomobillə gedənlərin NƏZƏRİNƏ: 150 manat cərimə oluna bilərsiniz - VİDEO

Şuşaya avtomobillə gedənlərin NƏZƏRİNƏ: 150 manat cərimə oluna bilərsiniz - VİDEO

DÇ-2026-nın əsas favoritləri – SİYAHI

DÇ-2026-nın əsas favoritləri – SİYAHI

Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?

Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?

Kim Çen İndən uşaq corablarının dizaynı ilə bağlı QƏRİBƏ TƏKLİF

Kim Çen İndən uşaq corablarının dizaynı ilə bağlı QƏRİBƏ TƏKLİF

Ukrayna Rusiya sərhədindən 1500 kilometr uzaqlıqdakı qaz obyektlərini vurdu

Ukrayna Rusiya sərhədindən 1500 kilometr uzaqlıqdakı qaz obyektlərini vurdu

End of content

No more pages to load

RADİO