Sosial şəbəkələrdə sürücünün yük maşınının arxasına yazdığı ifadə geniş müzakirələrə səbəb olub.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, görüntülərdə vətəndaş “Sürücü təhlükəli sürərsə, əcəb edir” sözlərini yazıb.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən sorğumuzabildirilib ki, həmin sürücü aşkarlanıb və barəsində qanunamüvafiq tədbir görülüb:
“O, əməlindən peşman olduğunu bildirərək yazdığı yazıları silib.
Bir daha sürücüləri belə hallara yol verməməyə çağırırıq”.
Bizim.Media