Bakıda restorandan 13 min manata yaxın pul oğurlanıb.
Bizim.Media DİN-ə istinadən xəbər verir ki, hadisə iyulun 29-da Səbail rayonu ərazisində yerləşən iaşə ocağında baş verib.
İçində 12750 manat və qızıl qolbaq olan çantanın oğurlanmasında şübhəli bilinən Vəfa Bəylərova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media