Beyləqanda baş verən qəzada sürücü ağır xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 2003-cü il təvəllüdlü Quluzadə Ağamir Ağaəli oğlu idarə etdiyi “VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı iri gövdəli ağaca çırpılıb.
Nəticədə sürücü A.Quluzadə ağır bədən xəsarətləri ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Avtomobil isə yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media