Gəncədə yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə şəhərin Vaqif küçəsində pirojki satış köşkündə qəfildən alov başlayıb.
Hadisə yerinə FHN Gəncə Regional yanğından mühafizə idarəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb. Yanğın zamanı köşkün üzərindən keçən elektrik kabelləri də yanaraq sıradan çıxıb. İlkin versiyaya görə yanğına pirojki bişirilən köşkdə olan maye qaz balonu olub.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu