Laçında itkin düşən hərbçilərimiz donvurmadan ölüblər - RƏSMİ

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri - 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu və 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyən edilib.

"Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilmişdir ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşmüşlər, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər.

Əsgərlərin nəşlərinin tapılması 5 avqust 2024-cü ildə Dövlət Komissiyasında keçirilmiş görüşdə itkin hərbçilərin ailələrinə elan edilmişdir.

Hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə əsgər Fərid Məmmədov və əsgər Firdovsi Abdullayevin dəfni ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Dəfn mərasimlərinin vaxtı və yeri barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - birgə məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI

Hörmüzdə “boğulan” dünya İQTİSADİYYATI – Ən çox hansı məhsullar bahalaşıb?

Hörmüzdə “boğulan” dünya İQTİSADİYYATI – Ən çox hansı məhsullar bahalaşıb?

Məşhur kosmetoloqun barəsindəki amnistiya qərarı LƏĞV EDİLDİ

Məşhur kosmetoloqun barəsindəki amnistiya qərarı LƏĞV EDİLDİ

Həyatı əbədi dəyişəcək 4 bürc

Həyatı əbədi dəyişəcək 4 bürc

“Nissan Patrol”dan düşən təkər qapağı yolda təhlükə yaratdı – VİDEO

“Nissan Patrol”dan düşən təkər qapağı yolda təhlükə yaratdı – VİDEO

Nəriman Axundzadənin ABŞ klubundakı maaşı AÇIQLANDI

Nəriman Axundzadənin ABŞ klubundakı maaşı AÇIQLANDI

“Eurovision-2026”nın ilk yarımfinalı qalmaqallarla YADDA QALDI

“Eurovision-2026”nın ilk yarımfinalı qalmaqallarla YADDA QALDI

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu həyatını itirdi

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu həyatını itirdi

Qazaxda evdə partlayış: Yaralanan var - FOTO

Qazaxda evdə partlayış: Yaralanan var - FOTO

Mehdi Cavadov yüksək vəzifəyə TƏYİN OLUNDU

Mehdi Cavadov yüksək vəzifəyə TƏYİN OLUNDU

Prezident Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – FOTO

Prezident Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – FOTO

“İTV”-nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?

“İTV”-nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?

“Netflix” komediya şousundan Melaniya Trampla bağlı kobud zarafatı çıxartdı

“Netflix” komediya şousundan Melaniya Trampla bağlı kobud zarafatı çıxartdı

“Eurovision”da qalmaqal: Musiqi artıq siyasətdən kənarda deyil

“Eurovision”da qalmaqal: Musiqi artıq siyasətdən kənarda deyil

Azərbaycan vətəndaşları qonşu ölkədən belə deportasiya olundu – VİDEO

Azərbaycan vətəndaşları qonşu ölkədən belə deportasiya olundu – VİDEO

Vado Korovinin kürəkəni işdən çıxarılıb? – AÇIQLAMA

Vado Korovinin kürəkəni işdən çıxarılıb? – AÇIQLAMA

Tramp bu suala görə jurnalisti təhqir etdi - VİDEO

Tramp bu suala görə jurnalisti təhqir etdi - VİDEO

Türkiyədə AİLƏ DRAMI – Ata-oğulun yemək davası qanla bitdi – VİDEO

Türkiyədə AİLƏ DRAMI – Ata-oğulun yemək davası qanla bitdi – VİDEO

Ronaldonun nişanlısı çimərlik geyimində reklama çəkildi – FOTO

Ronaldonun nişanlısı çimərlik geyimində reklama çəkildi – FOTO

DİQQƏT! Bu ərazilərdə 2 gün su olmayacaq

DİQQƏT! Bu ərazilərdə 2 gün su olmayacaq

WUF13 müddətində tədris prosesi bu formada keçiriləcək - DETALLAR

WUF13 müddətində tədris prosesi bu formada keçiriləcək - DETALLAR

Bir zamanlar hər küçədə rast gəlmək olurdu – Tədricən yoxa çıxır...

Bir zamanlar hər küçədə rast gəlmək olurdu – Tədricən yoxa çıxır...

Ərdoğan mühüm toplantı üçün Qazaxıstana yola düşdü

Ərdoğan mühüm toplantı üçün Qazaxıstana yola düşdü

Hantavirusun hansı heyvandan keçdiyi BİLİNDİ – Bu ölkələrdə olur - FOTO

Hantavirusun hansı heyvandan keçdiyi BİLİNDİ – Bu ölkələrdə olur - FOTO

End of content

No more pages to load

RADİO