Bakı şəhər Mədəniyyət Baş İdarəsində nöqsanlar AŞKARLANDI - RƏSMİ

Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası zamanı bir neçə halda vəsaitin təyinatının dəyişdirilməsi hallarına yol verib.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının idarədə keçirdiyi auditin nəticələrində bildirilir.

"Kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 2022-2023-cü illərdə ümumilikdə 97 milyon 951 manat vəsait tam olaraq əhatə olunub", - deyə Palatanın rəyində qeyd olunub.

"İdarənin əhatəsində olan 100 müəssisənin 2022-ci ildə 71 %-i, 2023-cü ildə isə 72 %-i gəlirlərin formalaşmasında iştirak edib, daha çox musiqi məktəbləri, eləcə də mədəniyyət evləri büdcədənkənar fəaliyyət göstərib. Bu isə, öz növbəsində, gəlir potensialının tam istifadəsinə şərait yaratmayıb. Dövlət vəsaitlərinin istifadəsi zamanı əvvəlki auditlə müəyyən edilmiş bir sıra nöqsanlar aradan qaldırılsa da, bəzi istiqamətlər üzrə analoji nöqsanlara yol verilib, eləcə də həmin nöqsanların əhatə dairəsi genişlənib.

Belə ki, əməyin ödənişinə dair toplanmış sübutlar əvvəlki audit üzrə müəyyən edilmiş nöqsanların təkrarlandığını göstərir. 2021-ci ildə keçirilmiş nəzarət tədbiri ilə əhatə olunmuş 2019-2020-ci illər və 2021-ci ilin 6 ayı üzrə həmin dövrün bir hissəsinin xüsusi karantin rejiminin tətbiq edildiyi vaxta düşməsi səbəbindən müqayisə 2019-cu ilin nəticələrinə əsaslanmaqla həyata keçirilib. Əməyin ödənişi qruplarının müəyyənləşdirilməsi prosesində mədəniyyət müəssisələrinin fəaliyyətini xaraktərizə edən hesabat göstəricilərinin hüquqi aktlarla müəyyən edilmiş dövr üçün nəzərə alınmaması əməyin ödənişi qrupunun yüksək təyin edilməsi hesabına tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsinə, bununla da vəsaitin artıq istifadəsinə səbəb olub. 10 mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) üzrə ümumilikdə 362 halda cəmi 99,4 min manat əmək haqqı düzgün ödənilməyib, əvvəlki auditin nəticələri ilə müqayisədə 5 MKS üzrə həmin nöqsan cari auditlə müəyyən edilib. Analoji nöqsan digər müəssisələr üzrə də müəyyən olunub, 22 mədəniyyət evi, klub, mərkəz və mədəniyyət sarayı üzrə cəmi 21,7 min manat, 4 teatr, konsert təşkilatları, bədii kollektivlər üzrə 200 min manat, 3 xatirə muzeyi və muzey tipli digər müəssisələr üzrə cəmi 1,3 min manat əmək haqqı düzgün ödənilməyib.

Hüquqi aktların tələblərinə əməl olunmaması, başqa sözlə göstəricilərin diqqətə alınması üçün tələb olunan dövrün düzgün müəyyənləşdirilməməsi 1 halda əmək haqqının az ödənilməsi ilə nəticələnib, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi səbəbindən cəmi 12 min manat əmək haqqı az ödənilib. Əməyin ödənişi qruplarının düzgün müəyyən edilməməsi ilə yanaşı, əvvəlki auditdə olduğu kimi, artıq ştatların saxlanılması halları da təkrarlanıb. Belə ki, 10 MKS üzrə müvafiq olaraq cəmi 1 milyon 198,8 min manat, 8 mədəniyyət evi (klub, mərkəz, saray) üzrə 180,1 min manat, ədəbiyyat, xatirə muzeyləri və muzey tipli digər müəssisələrdən 31min manat əmək haqqı hesablanaraq ödənilib", - deyə Palata bəyan edib.

Qeyd edək ki, Bizim.Media bu ilin fevralında Hesablama Palatasının Bakı şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalara başladığı barədə xəbər dərc etmişdi. Belə ki, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb, fevralın sonunda isə bitib.

Yoxlamaların Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin vəzifəsindən sui-istifadə edərək qanunazidd qərarlar qəbul etməsi iddiası ilə bağlı aparıldığını da qeyd etmişdik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI

Hörmüzdə “boğulan” dünya İQTİSADİYYATI – Ən çox hansı məhsullar bahalaşıb?

Hörmüzdə “boğulan” dünya İQTİSADİYYATI – Ən çox hansı məhsullar bahalaşıb?

Məşhur kosmetoloqun barəsindəki amnistiya qərarı LƏĞV EDİLDİ

Məşhur kosmetoloqun barəsindəki amnistiya qərarı LƏĞV EDİLDİ

Həyatı əbədi dəyişəcək 4 bürc

Həyatı əbədi dəyişəcək 4 bürc

“Nissan Patrol”dan düşən təkər qapağı yolda təhlükə yaratdı – VİDEO

“Nissan Patrol”dan düşən təkər qapağı yolda təhlükə yaratdı – VİDEO

Nəriman Axundzadənin ABŞ klubundakı maaşı AÇIQLANDI

Nəriman Axundzadənin ABŞ klubundakı maaşı AÇIQLANDI

“Eurovision-2026”nın ilk yarımfinalı qalmaqallarla YADDA QALDI

“Eurovision-2026”nın ilk yarımfinalı qalmaqallarla YADDA QALDI

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu həyatını itirdi

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu həyatını itirdi

Qazaxda evdə partlayış: Yaralanan var - FOTO

Qazaxda evdə partlayış: Yaralanan var - FOTO

Mehdi Cavadov yüksək vəzifəyə TƏYİN OLUNDU

Mehdi Cavadov yüksək vəzifəyə TƏYİN OLUNDU

Prezident Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – FOTO

Prezident Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – FOTO

“İTV”-nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?

“İTV”-nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?

“Netflix” komediya şousundan Melaniya Trampla bağlı kobud zarafatı çıxartdı

“Netflix” komediya şousundan Melaniya Trampla bağlı kobud zarafatı çıxartdı

“Eurovision”da qalmaqal: Musiqi artıq siyasətdən kənarda deyil

“Eurovision”da qalmaqal: Musiqi artıq siyasətdən kənarda deyil

Azərbaycan vətəndaşları qonşu ölkədən belə deportasiya olundu – VİDEO

Azərbaycan vətəndaşları qonşu ölkədən belə deportasiya olundu – VİDEO

Vado Korovinin kürəkəni işdən çıxarılıb? – AÇIQLAMA

Vado Korovinin kürəkəni işdən çıxarılıb? – AÇIQLAMA

Tramp bu suala görə jurnalisti təhqir etdi - VİDEO

Tramp bu suala görə jurnalisti təhqir etdi - VİDEO

Türkiyədə AİLƏ DRAMI – Ata-oğulun yemək davası qanla bitdi – VİDEO

Türkiyədə AİLƏ DRAMI – Ata-oğulun yemək davası qanla bitdi – VİDEO

Ronaldonun nişanlısı çimərlik geyimində reklama çəkildi – FOTO

Ronaldonun nişanlısı çimərlik geyimində reklama çəkildi – FOTO

DİQQƏT! Bu ərazilərdə 2 gün su olmayacaq

DİQQƏT! Bu ərazilərdə 2 gün su olmayacaq

WUF13 müddətində tədris prosesi bu formada keçiriləcək - DETALLAR

WUF13 müddətində tədris prosesi bu formada keçiriləcək - DETALLAR

Bir zamanlar hər küçədə rast gəlmək olurdu – Tədricən yoxa çıxır...

Bir zamanlar hər küçədə rast gəlmək olurdu – Tədricən yoxa çıxır...

Ərdoğan mühüm toplantı üçün Qazaxıstana yola düşdü

Ərdoğan mühüm toplantı üçün Qazaxıstana yola düşdü

Hantavirusun hansı heyvandan keçdiyi BİLİNDİ – Bu ölkələrdə olur - FOTO

Hantavirusun hansı heyvandan keçdiyi BİLİNDİ – Bu ölkələrdə olur - FOTO

End of content

No more pages to load

RADİO