Bakıda daha bir marşrut avtobusu qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, hadisə bu gün Səbail rayonu Badamdar qəsəbəsi ərazisində baş verib.
Hadisə zamanı “KamAZ” markalı yük maşını ilə 31 saylı marşrut xətti üzrə hərəkət edən avtobus toqquşub. Daha sonra yük maşını “Hyundai” markalı minik avtomobilini də vuraraq yararsız hala salıb.
Nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir.


Bizim.Media