Gəncədə qanunsuz tikintilərə qarşı aparılan monitorinqlər davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən növbəti monitorinqlər zamanı, şəhərin M.C.Paşayev küçəsində yerləşən qeyri-yaşayış obyektinin önündə quraşdırılan talvar qeyri-qanuni olduğu üçün sökülüb.
Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır.


Bizim.Media