Bakının balıq bazarında durğunluq yaşanır. Satan çox, alan isə azdır. Alıcılıq qabiliyyətinin azalması qiymətlərə də təsir edib.
Bizim.Media xəbər verir ki, yay aylarında balıqdan zəhərlənmələr çox olduğundan bəzi müştərilər bu məhsulu almırlar.
Təzə balıqlardan fərqli olaraq dondurulmuş balıqlara tələbat artıb. Bu məhsullar isə daha çox okean balıqları olurlar və xarici ölkələrdən idxal edilirlər.
Satıclar dondurulmuş balıqların qiymətində 2-3 manata qədər artımın olduğunu bildirirlər.
Satıcılar gələn aydan etibarən təzə balıq bazarında canlanmanın olacağını deyirlər.
Daha ətraflı videomaterialda:
Bizim.Media