Ötən il hansı xəstəliklərdən daha çox ölüm halı qeydə alınıb? - ARAŞDIRMA

2023-cü ildə xəstəliklərdən ölüm sayı hər yüz min nəfərə 592,4 kimi göstərilib.

Bəs hansı xəstəliklərdən daha çox ölüm halı qeydə alınıb? Özümüzü necə qorumalıyıq?

Bizim.Media bu mövzuda Dövlət Statistika Komitəsinə (DSK) müraciət edib.

DSK-dan aldığımız məlumata görə, ötən il əhalinin yüz min nəfərinə nisbətdə aparılan araşdırmada ən çox ölüm halı qeydə alınan qan dövranının sisteminin - ürək damar sistemi xəstəlikləri (326.8) olub. Daha sonra sırası ilə yenitörəmələr - xərçəng (96,7) və digər rubrikalarda təsnif olunmayan klinik və laborator müayinələrlə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalar (34.4) qeyd edilib.

Mövzunun ciddiliyini nəzərə alaraq ekspertə müraciət etdik.

Tibbi ekspert Adil Qeybulla saytımıza açıqlamasında bildirib ki, bu xəstəliklərin artmağının səbəbi yaşadığımız dövrdür.

"Əvvəla qeyd edim ki, istənilən dövrdə canlı orqanizmdə baş verən bütün proseslər, patoloji dəyişikliklər, xəstəliklər və s. situasiyaya uyğun formalaşır. Bugün ürək damar xəstəliklərinin və ya onkoloji xəstəliklərin artma tendensiyası bütün dünyada müşahidə edilir. Əsasında dayanan faktor isə insanların sayının sürətlə artması, qida çatışmazlığı, keyfiyyətli qidanın azalması, insanların tənbəlləşməsi, texnologiyanın inkişafı ilə hərəkətin azalması, kansoregen maddələrin qidalarda artması, siqaret və alkoqol kimi zərərli vərdişlərdir. Narkotikləri də xüsusilə qeyd etmək lazımdır"

Ekspert əlavə edib ki, qida qəbulundan sonra yaranan disbalans və əraf mühitin təsiri də önəmli faktorlardır:

"Çox yeyib az hərəkətdə olmaq, qəbul edilən kaloridən daha az kalorinin xaric olunması artıq çəkiyə, mübadilə xəstəliklərinə, şəkərli diabetə, ürək damar xəstəliklərinə səbəb olan başlıca amillərdəndir. Ekoloji faktorlar və insan artımının həddindən artıq çoxalması da qeyd etməliyik. Buna görə də, orqanizm normal fizioloji ömrünü yaşaya bilmir. Koronavirusun sürətlə yayılmasının da səbəbi saydığım məsələlərdir".

A.Qeybulla insanların sağlam yaşamağı barəsində təbliğat vasitələrinin genişləndirilməsinin problemin həlli olduğunu bildirib: "Tövsiyə edirəm ki, dünyada çox ciddi təbliğat aparılsın, bu məsələlər nizama salınsın. Əks halda əlbəttə statistikanın artımı müşahidə olunacaq və xəstəliklər səbəbindən ölüm halının qeydə alınması çoxalacaq".

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

End of content

No more pages to load

RADİO