7-ci sinifdə nişanlanan Həsrətin qətli... - Oğlan məktəbə getməyə qoymayıb

Abşeron rayonunun Hökməli qəsəbəsində 16 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, yeniyetmə Həsrət Rəcəbovanı qətlə yetirən 1996-cı il təvəllüdlü nişanlısı Murad Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət hadisəsinə gəlincə, bu, 2022-ci ilin oktyabrında baş verib. Muradın cinayət törətməsinə səbəb isə, Həsrətin nişanı qaytarmaq istəyi olub. 

Məlum olub ki, H.Rəcəbova 14 yaşında olarkən qohumu Muradla nişanlanıb. Bu təşəbbüs ailələrin olub. Şahid ifadələrinə görə, nişandan sonra qarşı tərəfin istəyi ilə 7-ci sinifdə oxuyan Həsrət təhsilini dayandırıb və bundan sonra məktəbə getməyib.

Məhkəmədə məlum olub ki, məktəbin təlim-tərbiyə işləri üzrə müavini Həsrətin nəyə görə məktəbə gəlməməsi ilə bağlı maraqlanıb. Yeniyetmənin anası isə cavab olaraq “Xahiş edirəm ki, qızım nişanlı olduğu üçün və nişanlısı məktəbə getməyi qadağan etdiyi üçün onun məktəbdən azad edilməsinə köməklik göstərəsiniz” məzmunlu ərizə yazıb. Bu ərizə əsasında da Həsrət məktəbdən xaric edilib.

Qızın anasının sözlərinə görə, Həsrətin nişanı qaytarmaq istəməsinin səbəbi Muradın onu çox sıxması olub. İfadəyə görə, nişanlısı Həsrətə hətta toya belə getməyə icazə verməyib:

“Həsrət Murad tərəfindən alınmış mobil telefondan və içində olan sim-kartdan istifadə edirdi. Hadisədən təxminən bir ay əvvəl Murad evə gəlib Həsrətdən ona verdiyi telefonu istədi, Həsrət də həmin telefonu gətirib onun qabağına atdı. Murad telefona başqa nömrə salıb ona qaytardı. Muraddan nə olduğunu soruşanda o, Həsrətə sinif yoldaşları və rəfiqələri ilə danışmağı qadağan etməsinə baxmayaraq, onun sözünə baxmadığına görə nömrəni dəyişdiyini dedi. Bu hadisədən sonra Həsrət onunla ailə qurmaq fikrindən döndü”.

Növbəti günlərdə isə anası ev işləri görmədiyini iddia edərək telefonu Həsrətin əlindən alıb. Qarşı tərəf isə bunun səbəbini öyrənmək üçün onlara gedib. Bu zaman Həsrət bir daha Muradın valideynlərinə nişanı qaytarmaq istədiyini deyib. 
Hadisədən bir gün sonra isə Murad Həsrətgilə gedərək həyətdə olan anasına qızıyla barışmaq üçün gəldiyini deyib və evə qalxıb. Bu zaman Murad nişanlısına 4 bıçaq zərbəsi yetirərək onu öldürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

End of content

No more pages to load

RADİO