Kürdəmirdə döyülmə faktı baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Vəliyeva Rahimə Fərhad qızı aralarında yaranan mübahisə zəminində öz qardaşı tərəfindən döyüldüyünü bildirib. Zərərçəkən dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkimlər ona ilkin tibbi yardım göstəriblər.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu