Daha 8 dondurmada bakteriya - Məhsullar piştaxtalara gələnədək niyə yoxlanılmır?

Mağaza piştaxtalarında satılan 3 yerli və 5 idxal olmaqla, ümumilikdə, 8 dondurma məhsulunda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı 7 müəssisə barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bu dondurmalarda da bakteriya aşkarlandı – FOTO  


Eyni zamanda dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə rəsmi qaydada xəbərdarlıq olunub.

Hər ay monitorinqlər aparılıb, məhsulların adları qeyd edilsə də, bəzi mağazalarda həmin məhsulların satışına rast gəlinir. Hətta bakteriya aşkarlandığı elan olunan dondurmalara endirimlər də tətbiq olunur.

Maraqlıdır ki, məhsullar piştaxtalara gələnədək niyə yoxlanılmır? Burada kim günahkardır, yoxlamanı həyata keçirən qurum, istehsalçı, yoxsa mağaza sahibləri?

Sonuncu monitorinq zamanı bakteriya aşkarlandığı iddia olunan yerli istehsalçı “Rich S.A” MMC-yə məxsus “Saturn” əmtəə nişanlı dondurma da siyahıda var. 

Bizim.Media-nın əməkdaşı istehsalçı ilə əlaqə saxlayıb. “Rich S.A” MMC-dən bildirilib ki, istehsal etdikləri dondurmada bakteriya aşkarlanması məlumatı həqiqəti əks etdirmir:

“Bütün məhsullar AQTA tərəfindən yoxlanılıb və onlara sertifikat verilib. Ondan qabaqkı məlumatlarda da sübutlarla təkzib eləmişik”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Bizim.Media-ya bildirib ki, yoxlamalar effektsizdir:

“Bu bakteriya müəyyən olunana qədər minlərlə insan bu dondurmaları alır və bakteriyaların nə zərəri varsa, insanların bədənində o proses gedir. Çox təəssüf ki, qabaqlayıcı mexanizm yoxdur. AQTA yalnız müəssisəni reyestrə daxil edir, ondan sonra planlı yoxlamalar olur. Bu yoxlamalar da çox effektsizdir. Yoxlama aparmaq üçün gərək Ədliyyə Nazirliyinə xəbər versinlər, Ədliyyə Nazirliyi də qarşı tərəfə yoxlama barədə məlumat verir. Onlar da müəyyən müddət özlərini yığışdırırlar. Dörd gündən sonra yoxlama aparırlar. Yəni bu yalançı, effektsiz yoxlamaya son qoyulmalıdır”. 

O qeyd edib ki, ciddi müəssisələrin özlərinin laboratoriyaları olur:

“O müəssisələrdə bütün mallar yoxlanılır və sonra satışa çıxarılır. Lakin Azərbaycanda 20-dən çox dondurma istehsalçısı və çoxsaylı idxalçılar var. Xüsusən xaricdən gələn dondurmalar ola bilsin ki, daşınmada və ya istehsal yerində çirklənir. Onlara nəzarət yox dərəcəsindədir. AQTA çox iş görməlidir, əsasnaməsində dəyişikliklər olmalıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

End of content

No more pages to load

RADİO