Polietilen torbaların istehsalı kəskin ARTDI – Qadağa niyə əks effekt verir?

Dövlət Statistika Komitəsi məlumat yayıb ki, bu ilin ilk yarısında Azərbaycanda 10 min 392,6 ton polietilen kisə və çantalar, 2 184,2 ton plastmas kisə və çantalar istehsal edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə polietilen kisə və çantaların istehsalı 49,4%, plastmas kisə və çantaların istehsalı isə 3,5 dəfə artıb.

Məlumat üçün bildirək ki, ötən ilin 15 fevral tarixindən etibarən Bakıda fəaliyyət göstərən aparıcı supermarketlərdə polietilen torbalara görə alıcılardan ödəniş tələb olunur. Polietilen torbaların qiyməti həcminə görə 3 və 5 qəpik təşkil edir.

Qeyd edək ki, ötən il mətbuata açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri bildiriblər ki, polietilen torbaların ödənişli olmasında əsas məqsəd bu torbalardan istifadəni azaltmaqdır.

Lakin, açıqlanan rəsmi məlumatlar göstərir ki, polietilen torbaların ödənişli olmasından sonra bu məhsulun istehsalı kəskin şəkildə artıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirdi ki, son zamanlar ölkəmizdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm tədbirlər həyata keçirilir:

“Azərbaycanda qlobal iqlim dəyişikliyinə verdiyi töhfə və ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən siyasətin məntiqi nəticəsidir ki, aparıcı ölkələr və Beynəlxalq təşkilatlar qlobal iqlim dəyişikliklərini müzakirə etmək üçün noyabrda Bakıda toplaşacaq.

Bu çox böyük etimaddır, nailiyyətdir. Ona görə də bəzi dövlət qurumları da öz qərarlarını bu istiqamətdə verir. Lakin, bəzi hallarda belə qərarlar alınarkən tələskənliyə yol verilir. Təsadüfi deyil ki, polietilen torbaların pullu olması ilə bağlı qərarın verilməsindən sonra dövriyyənin bu qədər artması xeyli təəccüb doğurur. Əslində bu qərar ona görə verilmişdi ki, polietilen torbalar pullu olacağı təqdirdə ondan istifadə azalacaq. Nəticədə, ətraf mühitə tullanılan polietilen məmulatların həcmi kiçiləcək. İqtisadiyyatda belə bir ifadə var: Əks effekt sindromu…Görünən odur ki, polietilen torbaların pullu olması da əks effekt verib. Nəticədə polietlien torbalara tətbiq edilən yeni qaydalar tələbatı artırıb. Tələbat artdıqca da istehsalın həcmi böyüyür”.

Müsahibimiz onu da xatırlatdı ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son qərarı plasmas kisələrə aid deyil:

“Nəzərə alaq ki, bu məhsulun istehsalı 3,5 dəfə artıb. Eləcə də polietilen torbaların istehsalının 50 faizədək artması da onu göstərir ki, buna tələbat var. Bu da o deməkdir ki, məlum qərar polietilen torbaların istehsalı stimulaşdırır. Artıq, ticarət şəbəkələri bu qablara biznes marağından baxır. Əgər əvvəl polietilen torbalar alıcıya pulsuz verilirdisə, bu gün pulnan satılır.

Ona görə də ticarət şəbəkələri artıq polietilen torbalara pul verməkdə ehtiyatlanmır. Çünki, 1-2 qəpiyə aldıqları qabları ən azı 2 dəfə baha qiymətə satırlar. Beləcə, polietilen torbalar aktiv ticarət mallarının bir seqmentinə çevrilir. Bu da gözlənilən nəticənin əldə edilmədiyini göstərir. Görünür, bu qərar verilərkən nə isə diqqətdən qaçıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

End of content

No more pages to load

RADİO